“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.12.2013, 09:40
1665

17 dekabr

A- A+

17 dekabr 1993 - Xalq yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimov vəfat edib...

Azərbaycan

 

17 dekabr 1905 - Şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov, 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.

 

17 dekabr 1924 – Görkəmli alim, pedaqoq, professor Şirməmməd Hüseynov Şəkidə anadan olub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və təbliğində misilsiz xidmətləri var.

 

17 dekabr 1925 - Filosof-alim, professor Vəli Hüseynəli oğlu Nəsirov (1925 - 16.6.1987) anadan olub.

 

17 dekabr 1993 - Xalq yazıçısı, dramaturq, akademik, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911, Cənubi Azərbaycan, Sərab - 1993) vəfat edib. «Gələcək gün», «Böyük dayaq» romanları, povest və hekayələr, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.

 

17 dekabr 1999 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (24.6.1955 - 1999) vəfat edib. Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif olunub.

 

Dünya

 

17 dekabr 1273 - İslam mütəfəkkiri, panteizm (vəhdəti-vücud) fəlsəfəsinin tanınmış nümayəndəsi, tacik (fars) əsilli şair Mövlana Cəlaləddin Məhəmməd Rumi (30.9.1207 - 1273) vəfat edib. İndiki Əfqanıstan ərazisində, Bəlx şəhərində doğulan Rumi ömrünün çox hissəsini Türkiyədə, Konyada yaşayıb və orada dünyasını dəyişib.

 

17 dekabr 1749 - İtalyan bəstəkarı Domeniko Çimarozo (Domenico Cimarosa, 1749 - 1801) anadan olub.

 

17 dekabr 1830 - Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt, 1830 - 20.6.1870) anadan olub. Məşhur yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Oonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.

 

17 dekabr 1842 - Fransız tarixçisi, dünya və Avropa tarixi üzrə məşhur alim Ernest Laviss (Ernest Lavisse, 1842 - 1922) anadan olub.

 

17 dekabr 1893 - Məşhur alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator, 1893 - 1966) anadan olub.

 

17 dekabr 1903 -Amerika yazıçısı Erskin Kolduell (Erskine Preston Caldwell, 1903 - 1987) anadan olub. Əsərləri: “Tənbəki yolu”, “Amerika eninə və boyuna” və s.

 

17 dekabr 1905 - Sovet kinorejissoru İosif Yefimoviç Heyfis (1905 - 1995) anadan olub. Azərbaycan rejissoru Rza Təhmasiblə birlikdə “Bakının işıqları” (1950) filmini çəkib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi