“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.12.2013, 10:11
1387

9 dekabr

A- A+

9 dekabr 1973 - Görkəmli aktyor, Xalq artisti Lütfəli Abdullayev vəfat edib...

Azərbaycan

 

9 dekabr 1918 - Yazıçı, ədəbiyyatşünas Cəlal Məmmədov (1918-1983) anadan olub. “Azərbaycan” jurnalının başredaktoru işləyib.

 

9 dekabr 1963 - Aktyor, rejissor Lətif  Bəşir oğlu Səfərov (1920, Şuşa - 9.12.1963) dünyasını dəyişib (intihar edib). 1928-1931-ci illərdə “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub. 
 

9 dekabr 1973 - Görkəmli aktyor, Xalq artisti Lütfəli Abdullayev (22.3.1914 - 1973) vəfat edib. 1938-ci ildə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk işi 1945-ci ildə lentə alınan "Arşın mal alan" filmində Vəli rolu olub. "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefcilov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
 

9 dekabr 1991 - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi.   

 

Dünya

 

9 dekabr 1048 - Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd Xarəzmli (4.9.973 - 1048) vəfat edib.
 

9 dekabr 1717 - Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717-1768) anadan olub.
 

9 dekabr 1842 - Rus yazıçısı, tarixçi, filosof Pyotr Kropotkin (1842 - 1921) anadan olub. Əsərləri: “Etika”, “Çörək və azadlıq” və s.

 

9 dekabr 1888 - Məşhur fransız estrada müğənnisi, aktyor Moris Şevalye (Maurice Auguste Chevalier; 1888-1972) anadan olub.
 

9 dekabr 1891 - Belarus ədəbiyyatının banilərindən biri, şair Maksim Adamoviç Boqdanoviç (1891-1917) anadan olub.
 

9 dekabr 1900 - Görkəmli tatar şairi, yazıçı Həsən Tufan (Hisbulla Gulzizin-Həzrətov, 1900-1981) anadan olub.
 

9 dekabr 1969 - Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında İslam Konfransı Təşkilatı təsis olunub. Hazırda 60-a yaxın dövləti birləşdirir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi