“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.12.2013, 10:03
1537

21 dekabr

A- A+

21 dekabr 1923 - Məşhur müğənni, Xalq artisti Tükəzban İsmayılova anadan olub...

Azərbaycan

 

21 dekabr 1913 - Şair, tərcüməçi Ələkbər Ziyatay (Ələkbər Həsən oğlu Cəfərov, 1913 - 2.7.1982) Gəncədə doğulub. Bir çox şeirlərinə mahnılar bəstələnib. Homerin «Odisseya», Lope de Veqanın «Nə yardan doyur, nə əldən qoyur», A.Qriboyedovun «Ağıldan bəla» və s. əsərləri dilimizə tərcümə edib.
 

21 dekabr 1916 - Yazıçı, Əməkdar mədəniyyət işçisi Süleyman Vəli oğlu Vəliyev (1916 – 7.3.1996) Bakının Ramana kəndində doğulub. “Mübahisəli şəhər”, “Daşlı bulaq”, “Düyünlər” romanlarının müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. "Şor cüllütü" povesti əsasında “Qara gölün cəngavərləri” bədii filmi çəkilib. 

 

21 dekabr 1922 – Ədəbiyyatşünas, professor, yazıçı, Əməkdar elm xadimi Kamran Dadaş oğlu Məmmədov (1922 - 6.4.1989) аnаdаn оlub. "Qasım bəy Zakir", "Nəcəf bəy Vəzirov", "XIX əsr Azərbaycan şeirində satıra", "Yusif Vəzir Çəmənzəminli" və s. monoqrafiyaların müəllifidir.

 

21 dekabr 1923 - Məşhur müğənni, Xalq artisti Tükəzban Məhərrəm qızı İsmayılova (1923 - 24.3.2008) anadan olub. Bir çox xarici ölkələrdə qastrollarda Azərbaycan musiqisini təbliğ edib. İfaçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərib. "Şöhrət" ordeni ilə təltif edilib.
 

21 dekabr 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ömər Həsən oğlu Eldarov Dağıstan Muxtar Respublikasının (Rusiya) Dərbənd şəhərində anadan olub. Ulu öndər Heydər Əliyev, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Xurşidbanu Natəvan, İbn Sina (Düşənbə) və başqa görkəmli şəxsiyyətlərin memorial abidələrinin, heykəllərinin müəllifidir. Milli Məclisin deputatı (1995-2000) olub. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.

 

Dünya

 

21 dekabr 1639 - Görkəmli fransız dramaturqu Jan Rasin (Jean-Baptiste Racine; 1639 - 21.4.1699) anadan olub. “İfigeniya”, “Fedra” kimi dramları dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
 

21 dekabr 1804 - İngilis yazıçısı, “sosial roman”ın tanınmış nümayəndələrindən biri Bencamin Dizraeli (Benjamin Disraeli, 1804 - 19.4.1881) anadan olub. Yazıçı həm də dövlət xadimi, 1868-1880-ci illərdə Böyük Britaniyanın baş naziri olub.
 

21 dekabr 1840 - Görkəmli türk şairi və yazıçısı, jurnalist və teatr xadimi Namiq Kamal (1840 - 2.12.1888) anadan olub. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən yaxud Silistre” və s.

 

21 dekabr 1900 - Rus dramaturqu Vsevolod Vitalyeviç Vişnevski (1900-1951) anadan olub. Oktyabr inqilabı və sosializmdən bəhs edən pyesləri uzun illər sovet teatrında səhnəyə qoyulub.
 

21 dekabr 1917 - Məşhur alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1972) laureatı Henrix Böll (Heinrich Theodor Böll, 1917 - 16.7.1985) anadan olub. Əsərləri: “Saat onun yarısında bilyard”, “Klounun gözü ilə”, “Xanımla qrup portreti”, “Mələk susurdu”, “Əsgər mirası” və s.

 

21 dekabr 1937 - Amerika aktrisası, yazıçı, prodüser Ceyn Fonda (Jane Seymour Fonda) anadan olub. 

 

21 dekabr 1948 - Amerika aktyoru və prodüseri Semyuel Cekson (Samuel Leroy Jackson) anadan olub. Filmləri: “Kriminial qiraət”, “Yura dövrünün parkı” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi