“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2013, 10:21
1351

27 dekabr

A- A+

27 dekabr 1932 – Məşhur bəstəkar, Xalq artisti Oqtay Kazımi anadan olub...

Azərbaycan

 

27 dekabr 1932 – Məşhur bəstəkar, Xalq artisti Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 - 9.8.2010) Astara şəhərində anadan olub. 200-dək mahnının, tamaşalara musiqinin, "Şəhidlər" simfoniyası, "Hophopnamə" oratoriyası, "Yaşa Respublikam" kantatası və s. əsərlərin müəllifidir.

 

27 dekabr 1938 – Tanınmış aktrisa, Xalq artisti Safurə Ağabala qızı İbrahimova Bakıda doğulub. 1961-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Sevil” (Dilbər), “Arşın mal alan” (Telli), “Qatır Məmməd” (Həbibə), “Alma almaya bənzər” (Mədinə), “Dərviş Parisi dağıdır” (Gülpəri), “Qaynana” (Sədaqət) və s. filmlərə çəkilib.

 

27 dekabr 1947 - Məşhur pianoçu, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Şəmsi oğlu Bədəlbəyli anadan olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (keçmiş Azərbaycan Dövlət Konservatoriyası) rektorudur.

 

27 dekabr 1990 - Tanınmış müğənni, Xalq artisti Əbülfət Əliyev (30.12.1926, Şuşa - 1990) vəfat edib. Bir çox opera tamaşalarında ("Leyli və Məcnun", “Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl") əsas rolları oynayıb.

 

Dünya

 

27 dekabr 1571 - Məşhur alman astronomu və riyaziyyatçısı Yohann Kepler (Johannes Kepler, 1571 - 1630) anadan olub. Planetlərin hərəkəti qanununu kəşf edib.

 

27 dekabr 1832 - Rus mesenatı, Moskvadakı məşhur Tretyakov qalereyasının banisi Pavel Mixayloviç Tretyakov (1832 - 1898) anadan olub.

 

27 dekabr 1901 - Dünya şöhrətli alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich; 1901 - 6.5.1992) anadan olub. 30-50-ci illərdə Hollivud ulduzlarından biri olub. Filmləri: “Şanxay ekspressi”, “Sarışın Venera”, “Qanlı imperatriçə” və ss.

 

27 dekabr 1939 - Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Bakıda doğulub. Filmləri: “Kortik”, “Mariya Mediçinin mücrüsü” və s.

 

27 dekabr 1948 - Dünya şöhrətli fransız aktyoru Jerar Depardye (Gerard Xavier Marcel Depardieu) anadan olub. Filmləri: “Sonuncu metro”, “Sirano de Berjerak”, “Bəxti gətirməyənlər”, “Qraf Monte-Kristo” və s.

 

27 dekabr 1971 - Rus aktyoru və rejissoru (“Qardaş”, “Stinger” və s. filmlər) Sergey Sergeyeviç Bodrov (1971 - 20.9.2002) anadan olub. Növbəti filmin çəkilişi zamanı Şimali Osetiyadakı Karmadon dərəsində buz uçqunu zamanı həlak olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi