“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.12.2013, 09:50
1549

20 dekabr

A- A+

20 dekabr 1873 – Böyük türk şairi Mehmet Akif Ersoy İstanbulda doğulub...

Azərbaycan

 

20 dekabr 1905 - Tənqidçi, ədəbiyyatşünas Atababa Daşdəmir oğlu Musaxanlı (1905-14.8.1941) Bakıda anadan olub.İlk ədəbi tənqidçilərimizdən, "Kitabi - Dədə Qorqud"un ilk tədqiqatçılarından biridir. Repressiya qurbanı olub. 

 

20 dekabr 1925 - Filosof, professor Şüküfə Şamil qızı Mirzəyeva (1925-9.10.1980) Ağdam rayonunun Gülablı kəndindəanadan olub. Azərbaycanın estetik fikir tarixi və estetikanın problemlərinə dair əsərlərin müəllifidir. 

 

20 dekabr 2014 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21.2.1921, Xızı - 2014) vəfat edib.
 

 

Dünya

 

20 dekabr 1629 - Məşhur holland rəssamı Piter de Hox (Pieter de Hooch (Hoogh), 1629 - 1684) anadan olub.
 

20 dekabr 1841 - Fransız ictimai xadimi, məşhur pasifist Ferdinand Byusson (Ferdinand Buisson, 1841-1932) anadan olub. Fransız və alman xalqları arasında anlaşma yaratmaq uğrunda fəaliyyətinə görə Nobel sülh mükafatına (1927) layiq görülüb.

 

20 dekabr 1873 – Böyük türk şairi Mehmet Akif Ersoy (1873- 27.12.1936) İstanbulda doğulub. Türkiyə Cümhuriyyətinin dövlət himninin (“İstiqlal marşı”), “Çanakkala şəhidlərinə” poetik dastanı, “Haqqın səsləri” şeirlər toplusu və s. əsərlərin müəllifidir.

 

20 dekabr 1915 - Məşhur türk yazıçısı Əziz Nesin (Mehmet Nusret Nesin; 1915 - 6.7.1995) anadan olub. Kitabları xarici dillərə ən çox çevrilib. Bir sıra əsərləri (“Futbol kralı”, “Taxtalıköydən məktublar” və s.) hələ sovet dövründə Azərbaycanda da çap olunub.
 

20 dekabr 1922 - Amerika aktyoru, rejissor, iki dəfə “Oskar” mükafatı laureatı Corc Hill (George Roy Hill, 1921 - 27.12.2002) anadan olub. Filmləri: “Əyləncəli ferma”, “Fırıldaq” və s.

 

20 dekabr 1948 - Tanınmış ingilis musiqiçisi Alan Parsons (Alan Parsons) anadan olub. “Pink Floyd”, Pol Makkartni kimi məşhurlar üçün musiqilər yazıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi