“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.11.2013, 09:15
1917

22 noyabr

A- A+

22 noyabr 1922 - Görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirov Gəncədə doğulub...

Azərbaycan

 

22 noyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq edib. Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamına əsasən 22 noyabr Azərbaycan ədliyyə işçilərinin peşə bayramı günü elan edilib.

 

22 noyabr 1918 – Yazıçı-dramaturq Firudin Balakişi oğlu Ağayev (1933-1995) Lerik rayonunda doğulub. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib. Televiziyada “Səhər görüşləri” verilişinin yaradıcılarından biri olub.


 

22 noyabr 1922 - Görkəmli bəstəkar, SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922-1984) Gəncədə doğulub. Simfonik muğam janrının yaradıcısıdır (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” və s.), “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. musiqi əsərlərinin müəllifidir. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi bəsləyib.

 

22 noyabr 1922 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) anadan olub. Böyük Vətən müharibəsində (1941-1945) iştirak edib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Yazıçılar İttifaqının katibi (1975-1991) olub.

 

22 noyabr 1933 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Ocaqov (1933- 12.7.2006) Şəkidə doğulub. 1956-cı ildən “Azərbaycanfilm”də quruluşçu operator (“Sən niyə susursan”, “Onun böyük ürəyi” və s.), 1973-cü ildən quruluşçu rejissor (“Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı” və s.) kimi fəaliyyət göstərib. Sənətkarın yaradıcılıq filmoqrafiyasına sənədli və bədii janrda 70-dək film daxildir.

 

22 noyabr 1938 - Tanınmış aktyor, Xalq artisti Həsən Məmmədov (1938 - 26.8.2003) Salyan rayonunda anadan olub. Azərbaycan kinosunda çoxsaylı obrazlar qalereyası yaradıb: “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (1965, Əsgər), “Gün keçdi” (Oqtay), “Yeddi oğul istərəm” (Bəxtiyar), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski) və s.

 

22 noyabr 1949 - Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə İES-in tikintisi ilə başlanıb. Onun ardınca 40-cı illərdə kimya və metallurgiya zavodlarının inşası başlandı. Şəhərin tikintisində SSRİ-nin bütün respublikalarından inşaatçı dəstələr iştirak edirdi. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.

 

22 noyabr 1950 – Populyar bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Rəhim oğlu Quliyev Şəkidə doğulub. Operettaların (”Məhəbbət oyunu”, ”Yeddi məhbusə“), simfoniyaların müəllifidir, onlarla teatr və televiziya tamaşalarına, filmlərə (“Fəryad”, “Qəm pəncərəsi”, “Sübhün səfiri” və s.) musiqi yazıb, yüzlərlə mahnı bəstələyib.

 

Dünya

 

22 noyabr 1801 - Rus yazıçısı, etnoqraf və dilçi alim Vladimir İvanoviç Dal (1801-1872) anadan olub.

 

22 noyabr 1808 - Britaniyalı iş adamı, dünyada ilk turizm agentliyinin (1841) yaradıcısı Tomas Kuk (Thomas Cook; 1808-1892) anadan olub.

 

22 noyabr 1869 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (André Gide, 1869-1951) anadan olub.

 

22 noyabr 1916 - Dünya şöhrətli Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 12.1.1876 - 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.

 

22 noyabr 1928 - Məşhur rus nəğməkar şairi Nikolay Dobronravov anadan olub.

 

22 noyabr 1940 - Amerika kinorejissoru, ssenarist, multiplikator Terri Gilliam (Terence Vance Gilliam) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi