“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.11.2013, 10:41
1577

5 noyabr

A- A+

5 noyabr 2001 - Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalov dünyasını dəyişib...

Azərbaycan

 

5 noyabr 1948 - Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 - 17.4.2004) Bakının Kürdəxanı qəsəbəsində anadan olub. Kitabları: "Acı həqiqət", "Mən nə dedim ki...", "Kim nə götürdü".

 

5 noyabr 1952 — Filologiya elmləri doktoru, professor Vilayət Muxtar oğlu Quliyev Ağcabədi qəsəbəsində anadan olub. Xarici işlər naziri (1999-2004), Azərbaycanın Polşada səfiri (2004-2010) işyəyib. 2010-cu ildən ölkəmizin Macarıstanda səfiridir. Kitabları: “Mirzə Kazımbəy”, “Ağaoğlular”, “Tarixdə iz qoyan şəxsiyyətlər” və s.

 

5 noyabr 2001 - Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

5 noyabr 1878 - Rus (polyak əsilli) yazıçısı və dramaturqu Mixail Arsıbaşev (1878- 3.3.1927) anadan olub. 1923-cü ildə Polşaya mühacirət edib. Əsərləri: “Sanin”, “Ən son həddə” romanları, “Qısqanclıq”, “Vəhşi qanunu” pyesləri və s.

 

5 noyabr 1913 - Məşhur ingilis aktrisası Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub. “Küləklə sovrulanlar” filmində Skarlett roluna görə “Oskar” mükafatına layiq görülüb.

 

5 noyabr 1934 - Tanınmış Rusiya və Ukrayna kinorejisoru Kira Muratova anadan olub. Filmləri: “Qısa görüşlər”, “Astenik sindrom” və s.

 

5 noyabr 1938 - Dünya şöhrətli fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-20.8.1980) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi