“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.11.2013, 10:24
1486

20 noyabr

A- A+

20 noyabr 1935 – Görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmov Ağdam rayonunda anadan olub...

Azərbaycan

 

20 noyabr 1910 - Nasir Məmmədəli Hüseyn oğlu Tarıverdiyev (1910 - 24.09.1985) Ordubad rayonunun Dəstə kəndində anadan olub. “Kölgəli dağ”, “Qəmküsar” pyeslərinin müəlifidir.

 

20 noyabr 1930 – Görkəmli aktyor Gündüz Abbasov (1930-1995) anadan olub. “Onun böyük ürəyi”, “Bir qalanın sirri”, “Bizim küçə”, "Telefonçu qız", "Babək", “Dədə Qorqud” "Doğma sahillər", “Yuxu” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. Ədəbi yaradıcılıqla məşğul olub, hekayələr yazıb, tərcümələr edib.

 

20 noyabr 1930 – Tanınmış ədəbiyyatşünas alim, publisist, professor Qulu Qasım oğlu Xəlilov (1930 - 18.11.1995) anadan olub. 

 

20 noyabr 1935 – Görkəmli xanəndə, Xalq artisti, Prezident fərdi təqaüdçüsü Qədir Çərkəz oğlu Rüstəmov (1935-14.12.2011) Ağdam rayonunda anadan olub. Muğam və xalq mahnılarımızın bənzərsiz ifaçısı olub. “Üzeyir ömrü” televiziya filmində Cabbar Qaryağdıoğlu rolunda çəkilib.

 

20 noyabr 1956 - Azərbaycan teatr tarixinin görkəmli simalarından biri, aktyor, tərcüməçi, Xalq artisti Kazım Ziya (Kazım Cəfər oğlu Kazımzadə; 21.31.1896, Ordubad - 1956) vəfat edib. “Səbuhi” (1941), “Fətəli xan” (1947) və s. filmlərdə çəkilib.

 

20 noyabr 1975 - Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb.

 

Dünya

 

20 noyabr Dünya Uşaq Günüdür (Universal Children's Day). BMT Baş Assambleyası tərəfindən təsis edilib. 1959-cu il 20 noyabrda “Uşaq hüquqları Bəyannaməsi”, 1989-cu ilin həmin günündə isə “Uşaq hüquqları Konvensiyası” qəbul olunub.

 

20 noyabr 1890 - Amerika kinoaktyoru Robert Armstronq (Robert Armstrong, 1890-1973) anadan olub.

 

20 noyabr 1910 - Dünya şöhrətli rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (9.9.1828 - 1910) vəfat edib. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” romanları, “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” povestləri, “Qaranlığın hakimiyyəti”, “Canlı meyit” pyesləri və s.

 

20 noyabr 1925 - Məşhur rus balerinası, xoreoqraf, SSRİ-nin Xalq artisti Mayya Pliseskaya anadan olub.

 

20 noyabr 1927 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Mixail Aleksandroviç Ulyanov (1927 - 26.3.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Qaçış”, “Voroşilov nişançısı”. 20-dən çox filmdə marşal G.Jukovun obrazını yaradıb.

 

20 noyabr 1928 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Aleksey Batalov anadan olub. Filmləri: “Durnalar uçur”, “Moskva göz yaşlarına inanmır” və s.

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi