29 noyabr
29 noyabr 1928 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Tahir Salahov anadan olub...
Azərbaycan
29 noyabr 1920 - Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərəri: "Leyli və Məcnun məktəbdə", "Şairə Məhsətinin portreti" və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.
29 noyabr 1928 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın, SSRİ-nin Xalq rəssamı Tahir Teymur oğlu Salahov Bakıda doğulub. SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi (1973-1992) olub, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, V.İ.Surikov adına Moskva Rəssamlıq Akademiyasının professorudur. Məşhur əsərləri: "Bəstəkar Qara Qarayevin portreti", "Təmirçilər", “Şəhər eşelonu”, “Abşeron qadınları" və s. 1998-ci ildə “İstiqlal” ordeni ilə, 2008-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə ölkəmizin ən yüksək mükafatı - «Heydər Əliyev» ordeni ilə təltif olunub.
29 noyabr 1947 - Tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə, oradan ABŞ-a köçüb. "Amerikanın səsi" və "Azadlıq" radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.
29 noyabr 1965 - Aktrisa Almaz Hüseyn qızı Amanova Sumqayıtda anadan olub. Sumqayıt Dövlət Dram Teatrında çalışıb. 1999-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. Bir sıra filmlərdə (“Mənim ağ şəhərim”, “Əlavə təsir” və s.) çəkilib.
29 noyabr 1990 - Azərbaycan SSR-in adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı elan edilməsi barədə fərman verilib. 1991-ci ilin 5 fevralında Ali Sovet bununla bağlı qanun qəbul etdi.
Dünya
29 noyabr 1911 - Rus kinooperatoru, rejissor, ssenarist Roman Karmen (1906-1978) anadan olub. Çoxsaylı sənədli filmlərin, o cümlədən “Xəzər neftçiləri haqqında povest” filminin müəllifidir. Azərbaycanın Əməkdar incəsənt xadimi adına layiq görülüb.
29 noyabr 1930 - Rus aktrisası Nina Qrebeşkova anadan olub. “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilliant əl”, “İdman lotosu-82” və s. filmlərdə çəkilib. Kinorejissor Leonid Qaydayın həyat yoldaşı olub.
29 noyabr 1966 - Rusiyanın Xalq artisti, aktyor Yevgeni Vitalyeviç Mironov anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: