14 noyabr
14 noyabr 2006 – Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev vəfat edib...
Azərbaycan
14 noyabr 1917 - Kosmik aviasiya general-leytenantı Kərim Kərimov (1917-2003) anadan olub. Uzun illər sovet kosmonavtikasının rəhbərlərindən biri, kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri olub. Fəaliyyəti məxfi qrif altında olduğu üçün geniş ictimaiyyət azərbaycanlı general Kərimovu yalnız 90-cı illərdə tanıdı.
14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 - 26.12.1995) anadan olub.
14 noyabr 1942 – Tanınmış xanəndə, Əməkdar artist, Prezident təqaüdçüsü Sabir Nüsrət oğlu Mirzəyev (1942 -23.7.2011) Cəlilabad rayonunda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İfa etdiyi muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) televiziya və radionun “qızıl fond”unda saxlanılır.
14 noyabr 1967 – Tanınmış aktyor, Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
14 noyabr 2006 – Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (1934-2006) vəfat edib. 1960-1980-ci illərdə Azərbaycan Televiziyası və Radiosu Estrada Orkestrinin solisti olub.
Dünya
14 noyabr 1719 - Avstriya bəstəkarı, skripkaçı və pedaqoq Leopold Motsart (Leopold Mozart, 1719-1787) anadan olub. Dünya şöhrətli bəstəkar Volfqanq Amadey Motsartın atasıdır.
14 noyabr 1812 - İtalyan şairi Aleardo Aleardi (Aleardo Aleardi, 1812-1878) anadan olub.
14 noyabr 1840 - Görkəmli fransız rəssamı, impressionizmin banilərindən biri Klod Mone (Oscar-Claude Monet, 1840-1926) anadan olub. Əsərləri: "Təəssürat. Doğan günəş”, "Kapusin bulvarı", "Bağda qadınlar" və s.
14 noyabr 1900 - Amerika bəstəkarı, pianoçu və dirijor Aron Koplend (Aaron Copland, 1900- 1990) anadan olub.
14 noyabr 1907 - Məşhur İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907- 28.1.2002) anadan olub.
14 noyabr 1924 - Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artsiti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: