“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.07.2013, 10:05
1324

6 iyul

A- A+

6 iyul 1946 - Amerika kinoaktoyru, Hollivud ulduzu Silvestr Stallone (Sylvester Gardenzio Stallone) anadan olub...

Azərbaycan

 

6 iyul 1918 - Yazıçı-tərcüməçi Şəfiqə Ağayeva (1918-1983) anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının (A.P.Çexov, M.Prilejayeva, K.Komarovski, Y.Koşevaya, A.Kononov və s. ) uşaq və yeniyetmələr üçün hekayə və povestləri Ş.Ağayevanın tərcüməsində işıq üzü görüb. 

 

6 iyul 1944 - Xalq artisti, violonçel ifaçısı Rasim Mahmud oğlu Abdullayev anadan olub.

 

Dünya

 

6 iyul 1859 - İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1916) laureatı Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.

 

6 iyul 1865 - İsveçrə bəstəkarı Emil Dalkroz (Emile Jaques-Dalcroze, 1865-1950) anadan olub.

 

6 iyul 1887 - Yəhudi əsilli rus-fransız rəssamı, XX əsr təsviri sənətində avanqard cərəyanın tanınmış nümayəndəsi Mark Şaqal (Xaskeleviç, 1887-1985) anadan olub.

 

6 iyul 1927 - Amerika aktrisası Canet Li (Canet Elen Morrison, 1927-2004) anadan olub.

 

6 iyul 1943 – SSRİ Xalq artisti, Rusiyanın məşhur opera müğənnisi Tamara Sinyavskaya anadan olub. Dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin (1942-2008) həyat yoldaşı olub.

 

6 iyul 1946 - Amerika kinoaktoyru, Hollivud ulduzu Silvestr Stallone (Sylvester Gardenzio Stallone) anadan olub.

 

6 iyul 1893 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (Henry-René-Albert-Guy de Maupassant ; 1850-1893) vəfat edib. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” və s. romanlar, “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s. novellalar. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi