“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.07.2013, 09:12
1628

8 iyul

A- A+

8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, akademik Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə Şəkidə anadan olub...

Azərbaycan

 

8 iyul 1909 - Görkəmli dilçi alim, filologiya elmləri doktoru, akademik Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (1909 - 10.4.1979) Şəkidə anadan olub. 1946-cı ildən ömrünün sonunadək Azərbaycan Pedaqoji İnstitutunun Azərbaycan dilçiliyi kafedrasının müdiri işləyib. Müasir Azərbaycan dilinin fonetikasına, etimologiyasına və ümumi dilçiliyə aid əsərlərin, orta və ali məktəb dərsliklərinin müəllifidir. Azərbaycanın Əməkdar еlm xadimi, Dövlət mükafatı laureatı olub.

 

Dünya

 

8 iyul 1621 - Fransız şairi, məşhur təmsillər müəllifi Jan de Lafonten (Jean de La Fontaine, 1621-1695) anadan olub. Antik dövr yazarlarının (Ezop, Fedra və s.) əsərlərindən yararlanaraq təmsil janrını yaradıb. Lafontenin ”Qarğa və tülkü”, “Qurd və quzu”, “Qarışqa və cırcırama” və s. təmsillər sonralar rus şairi İvan Krılov (1769-1844) tərəfindən təbdil və tərcümə edilirək təqdim olunub.

 

8 iyul 1892 – İngilis yazıçısı Riçard Oldinqton (Richard Aldington; 1892-1962) anadan olub. Əsərləri: “Qəhrəmanın ölümü”, “Bütün insanlar düşməndir” və s.

 

8 iyul 1908 — Rus aktyoru, SSRİ Xalq artisti Vladimir Belokurov (1908-1973) anadan olub. “Ölü canlar”, “Dirilmə”, “Zolaqlıların səfəri” və s. filmlərdə çəkilib.

 

8 iyul 1938 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Andrey Vasilyeviç Myaqkov anadan olub. «Xoş təsadüf və ya həmişə təmizlikdə» (Lukaşin), «İşdə məhəbbət macərası» (Novoselsev), «Qaraj» (Xvostov) və s. filmlərdə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi