“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.07.2013, 10:10
1703

21 iyul

A- A+

21 iyul 1950 - Tanınmış müğənni, bəstəkar Məmmədbağır Bağırzadə Bakının Nardaran kəndində doğulub...

Azərbaycan

 

21 iyul 1938 - Yazıçı-dramaturq Marat Haqverdiyev anadan olub. “Məhəbbət, şeytan və lambada”, “Ox, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Səninlə və sənsiz”, “Amerikalı kürəkən” və s. pyeslərin müəllifidir.

 

21 iyul 1950 - Tanınmış müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (1950 – 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnılarının (“Kimlərə qaldı dünya?”, “Belə qəmli dayanma”, “Yadıma düşdü”) müəllifi olub.

 

Dünya

 

21 iyul 1816 - Dünya şöhrətli «Röyter» informasiya agentliyinin yaradıcısı Paul Yulius Röyter (Paul Julius Reuter - əsl adı Israel Beer Josaphat; 1816-1899) anadan olub.

 

21 iyul 1893 - Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.

 

21 iyul 1899 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 – 2.7.1961) anadan olub. Əsərləri: "Kişisiz qadınlar" (1927), "Əlvida, silah" (1929), "Əcəl zəngi kimin üçün çalınır" (1940) romanları, "Qoca və dəniz" povesti və s.

 

21 iyul 1898 – Rus yazıçısı Leonid Sobolev (1898-1971) anadan olub. Dəniz mövzusunda əsərlərin (“Əsaslı təmir”, “Dəniz qəlbi” və s.) müəllifidir.

 

21 iyul 1910 - Rus-sovet rəssamı Vladamir Serov (1910-1968) anadan olub. Tarixi mövzuda monumental rəsmlərin müəllifidir: “Buz döyüşü”, “Qış Sarayının alınması”, “Lenin sovet hakimiyyətinin yarandığını elan edir” və s.

 

21 iyul 1911 - Kanada yazıçısı, filosof, ədəbiyyatşünas Marşall Maklyuen (Herbert Marshall McLuhan; 1911-1980) anadan olub. Elektron kommunikasiya vasitələrinin insan və cəmiyyətə təsirinə dair tədqiqatlarla məşhurlaşıb: “Mexaniki gəlin: sənaye insanının folkloru”, “Qutenberq qalaktikası: çap edən insanın yaranışı”, “Qlobal kənddə hərb və sülh”.

 

21 iyul 1933 - Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933-1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.

 

21 iyul 1938 – Tanınnış gürcü müğənnisi, SSRİ Xalq artisti Nani Breqvadze anadan olub.

 

21 iyul 1948 - Rus satirik yazıçısı Mixail Zadornov (1948 – 10.11.2017) Latviyanın Yurmala şəhərində anadan olub.

 

21 iyul 1956 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Maykl Konnelli (Michael Connelly) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi