“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.07.2013, 00:49
1593

2 iyul

A- A+

2 iyul 1892 – Tanınmış yazıçı, maarif və mədəniyyət xadimi Tağı Şahbazi Simurğ anadan olub...

Azərbaycan

 

2 iyul 1892 – Görkəmli yazıçı, maarif və mədəniyyət xadimi Tağı Şahbazi Simurğ (1892-1937) anadan olub. Xarkov Universitetinin tibb şöbəsini bitirib. 1919-cu ildə Bakıya qayıdaraq maarif və mədəniyyət sahəsində çalışıb. 1920-1930-cu illərdə xalq maarif və səhiyyə komissarlarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. Povest və hekayələrində dini fanatizm, qadın azadlığı problemlərini təsvir edib. «Ağanın kənizi», «Azadlıq üçün cinayət», «Aldanmış ümid», «Əzab qorxusu» və s. kitabların müəllifidir. Stalin repressiyasının qurbanı olub.

 

2 iyul 1918 - Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər  Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycanda Polis günü kimi qeyd olunur.

 

2 iyul 1921 - Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb - Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanıb, hazırda Azərbaycan Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir.
 

2 iyul 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi. 

 

2 iyul 1953 - Tanınmış müğənni, Əməkdar artist Məhəbbət Allahverdi oğlu Kazımov (1953 - 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub.  "Dan ulduzu" ansamblının solisti, "Laçın" instrumental ansamblının rəhbəri olub. 

 

Dünya

 

2 iyul 1714 - Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck; 1714-1787) anadan olub. “Orfey və Evridika”, “Paris və Yelena”, “İfigeniya Tavridada” və s. operaların müəllifidir.

 

2 iyul 1877 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse, 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq Ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.

 

2 iyul 1923 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1996) laureatı Vislava Şimborska (Wislawa Szymborska) anadan olub. “Son və əvvəl”, “Yüz ....” və s. kitabların müəllifidir.

 

2 iyul 1961 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 21.7.1899 - 1961) vəfat edib. Əsərləri: "Kişisiz qadınlar",  "Əlvida, silah", "Əcəl zəngi" romanları, "Qoca və dəniz" povesti və s. 

 

2 iyul 1977 – Dünya şöhrətli rus yazıçısı Vladimir Nabokov (22.4.1899 - 1977) vəfat edib. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb, Fransada vəfat edib. Əsərləri: “Maşenka”, “Bəxşiş”, “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s. Bir sıra əsərləri ekranlaşdırılıb.

 

2 iyul 1986 - Amerika aktrisası və müğənnisi Lindsey Lohan (Lindsay Morgan Lohan) anadan olub. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi