“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.06.2013, 10:48
1505

2 iyun

A- A+

2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur vəfat edib...

Azərbaycan

 

2 iyun 1919 - Bakı Dövlət Universitetinin kitabxanası yaradılıb.

 

2 iyun 1938 - Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Respublikada ilk (Bakı-Tbilisi marşrutu) mülki aviasiya xətti hələ 1923-cü ildə açılmış, 1933-cü ildə Binə hava limanı istifadəyə verilmişdi. 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlayıb. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.

 

2 iyun 1957 - Xalq artisti, tanınmış müğənni Şahnaz Həsən qızı Haşımova Gəncədə doğulub. Uzun illər “Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub, ansambla rəhbərlik edib.

 

2 iyun 1979 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (19.10.1910 - 1979) vəfat edib. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

 

Dünya

 

2 iyun 1740 - Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizm cərəyanının banisi kimi tanınan fransız yazıçısı Donaten Alfons de Sad (Donatien Alphonse François de Sade; 1740-1814) anadan olub.

 

2 iyun 1816 - İngilis yazıçısı, sentimental romanlar müəllifi Qreys Aqilyar (Grace Aguilar; 1816-1847) anadan olub.

 

2 iyun 1840 - İngilis yazıçısı, şair Tomas Hardi (Thomas Hardy; 1840-1928) anadan olub.

 

2 iyun 1896 - İtalyan ixtiraçı Guglelmo Markoni (Guglielmo Marchese Marconi (1874-1937) Amerikada ilk radioqəbuledicinin patentini alıb. Digər versiyaya görə, radionun ixtiraçısı rus Aleksandr Popov (1859-1905) sayılır. O, 1895-ci il mayın 7-də ilk radioqəbuledicini nümayiş etdirib.

 

2 iyun 1904 - Tarzan haqqında filmlərdə baş rolun ifaçısı kimi tanınan amerikalı Conni Vaysmüller (Johnny Weissmuller; 1904-1984) anadan olub. Məşhur idmançı, üzgüçülük üzrə beş dəfə Olimpiya çempionu olub. 

 

2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor; 14.12.1924 - 1988) vəfat edib. Filmləri: “Avara”, “Cənab 420” (aktyor), “Sanqam”, “Bobbi”, “Abdulla” (rejissor) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi