“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.06.2013, 10:37
1632

12 iyun

A- A+

12 iyun 1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna) Ağstafa rayonunun Muğanlı kəndində anadan olub...

Azərbaycan

 

12 iyun 1928 - Xalq yazıçısı, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Hüseynov (Muğanna; 1928 - 4.1.2014) Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Tarixi və fəlsəfi romanları («Məhşər», “Yanar ürək”, «İdeal» və s.) yazıçıya böyük şöhrət gətirib. "Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

 

12 iyun 1932 - Xalq artisti, tanınmış gülüş ustası Hacıbaba Bağırov (1932 - 4.10.2006) anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Filmoqrafiya: "Ulduz" (Möhsün), "Qanun naminə” (Arif), "Onun bəlalı sevgisi"ndə (Qaraxalov), "Alma almaya bənzər" (Məmmədəli), "Şirbalanın məhəbbəti" (Şirbala). 1989-1996-cı ilərdə "Tənqid-təbliğ" teatrına, 1996-2006-cı illərdə Musiqili Komediya Teatrına rəhbərlik edib.

 

12 iyun 1943 - Tanınmış kinodramaturq və rejissor, Xalq artisti Oqtay Mirqasımov anadan olub. Filmləri: “Gümüşü furqon” (1982), “Cin mikrorayonda” (1985), “Şeytan göz qabağında” (1987), “Ovsunçu” (2003), “Günaydın, mələyim! (2008), "Qisas almadan ölmə!" (2013) və s.

 

Dünya

 

12 iyun 1819 – İngilis yazıçısı Çarlz Kinqsli (Charles Kingsley; 1819- 1875) anadan olub.

 

12 iyun 1921 — Tanınmış ispan rejissoru Luis Qarsia Berlanqa (Luis García Berlanga Martí; 1921-2010) anadan olub. Satirik kinonun görkəmli nümunələri olan “Xoş gəlmisniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi