“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.06.2013, 00:13
2002

21 iyun

A- A+

21 iyun 1794 – Görkəmli tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov Bakının Əmircan (Xilə) kəndində anadan olub...

Azərbaycan

 

21 iyun 1794 – Görkəmli tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakı şəhəri yaxınlığında Əmircan (Xilə) kəndində anadan olub. Atası Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. 1819-cu ildə Bakıxanov çar Rusiyasının Qafqaz canişini general Yermolovun dəvəti ilə Tiflisə gedərək Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 26 il işləyib. İranla Rusiya arasında Türkmənçay müqaviləsinin (10 fevral 1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. 1847-ci ildə Məkkə ziyarəti zamanı vəfat edib.

 

21 iyun 1933 - Tanınmış alim və ictimai xadim Tofiq İsmayılov (1933-1991) anadan olub. 1991-ci ildə Azərbaycanın dövlət katibi olub. Həmin il noyabrın 20-də Dağlıq Qarabağda (Qarakənd) ermənilər tərəfindən vurulan vertolyotda həlak olub. 

 

21 iyun 1992 - Azərbaycan Respubliksı BMT-nin Uşaq hüquqları Konvensiyasına qoşulub.

 

21 iyun 2001 - Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

 

Dünya

 

21 iyun 1840 - Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840 - 8.2.1915) anadan olub. Məşhur gürcü xalq mahnısı “Suliko”nun sözlərinin müəllifidir.

 

21 iyun 1905 - Fransız yazıçı-dramaturqu, görkəmli filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürək bulanması”, “Azadlıq yolları” romanları, “Milçəklər”, “Qapılı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” pyesləri, “Varlıq və yoxluq”, “Ekzistensializm – humanizmdir” fəlsəfi traktatları və s.

 

21 iyun 1910 - Rus-sovet şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin”, “Uzaqlardan uzaqlara” poemalarının müəllifidir.

 

21 iyun 1935 – Məşhur fransız yazıçısı Fransuaza Saqan (Françoise Sagan; 1935-2004) anadan olub. Əsərləri: “Salam, kədər” (30-dan çox dilə tərcümə olunub), “Soyuq suda bir az günəş”, “İtmiş sima”, “Əlvida, qüssə” romanlarının müəllifidir.

 

21 iyun 1962 – Rusiyanın məşhur estrada müğənnisi və bəstəkar, “Kino” rok-qrupunun yaradıcısı Viktor Soy (1962-1990) anadan olub.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi