“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.06.2013, 10:24
1687

9 iyun

A- A+

9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov vəfat edib...

Azərbaycan

 

9 iyun 1930 - Əməkdar incəsənət xadimi, bəstəkar Telman Hacı oğlu Hacıyev (1930 - 5.1.1991) anadan olub. “Göygöl”, “Lalələr”, “Tələbəlik illəri”və s. populyar mahnıların müəllifidir.

 

9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
 

9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudov (14.12.1915, Tiflis, - 1989) vəfat edib. "Arşın mal alan" (1945, Əsgər), "Bəxtiyar" (Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş, "Sevil" - F.Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.

 

Dünya

 

9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles John Huffam Dickens; 7.2.1812-1870) vəfat edib. Əsərləri: “Oliver Tvistin macəraları”, “Devid Kopperfild” romanları və s.

 

9 iyun 1891 - Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter, 1891-1964) anadan olub.
 

9 iyun 1898 - Alman əsilli İtaliya yazıçısı, ssenarist və rejissor Kursio Malaparte (Curzio Malaparte - Kurt Erich Suckert; 1898-1957) anadan olub.
 

9 iyun 1930 – Amerikalı fantast-yazıçı Liin Karter (Lin Carter - Linwood Vrooman Carter, 1930-1988) anadan olub.
 

9 iyun 1963 - Amerika kinoaktyoru və rejissoru Conni Depp (John Christopher Depp) anadan olub. “Karib dənizinin quldurları” seriyasından filmlərdə (kapitan Cek) çəkilib.  

 

9 iyun 1981 – Yəhudi əsilli məşhur Amerika aktrisası Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub. Filmləri: «Leon», «Ulduz müharibələri», “Qara qu quşu” (2011-ci ilin “Oskar” laureatı) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi