“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.06.2013, 00:02
1323

17 iyun

A- A+

17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev anadan olub...

Azərbaycan

 

17 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin Səhiyyə Nazirliyi təşkil olunub, Xudadat bəy Rəfibəyli səhiyyə naziri təyin edilib. Prezident Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamı ilə 17 iyun Azərbaycanda səhiyyə işçilərinin peşə bayramı günü elan olunub.

 

17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9.2007) anadan olub. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

17 iyun 1947 – Tanınmış müğənni, Azərbaycan və SSRİ Xalq artisti Fidan Əkrəm qızı Qasımova anadan olub. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqədə birinci mükafat) ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Dövlət Opera və Balet Teatrının solistidir. Bakı Musiqi Akademiyasınınn profesorudur. "Torpaq. Dəniz. Od. Səma" (1967) filmində (Sevda) çəkilib.

 

17 iyun 1956 - Fəlsəfə elmləri doktoru Vilayət İsmayıl oğlu İsmayılov Ağstafa şəhərində anadan olub. 2006-cı ilidən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktorudur. Ali məktəblər üçün dərsliklərin, monoqrafiyaların müəllifidir. 

 

Dünya

 

17 iyun Dünya səhralaşma və quraqlıqla mübarizə günüdür (World Day to Combat Desertification and Drought). BMT Baş Assambleyasının 30 yanvar 1995-ci il tarixli qətnaməsi ilə təsis edilib.

 

17 iyun 1818 - Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod, 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.

 

17 iyun 1882 – Məşhur rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu”, “Petruşka” baletlərinin, “Bülbül” operasının müəllifidir.

 

17 iyun 1903 — Rus şairi Mixail Svetlov (Şeynkman; 1903-1964) anadan olub. Əsərləri: “Qrenada” poeması, “İyirmi il sonra” lirik pyesi və s.

 

17 iyun 1939 – Tanınmış Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub. Filmləri: “Ailə həyatı”, “Spiral” və s.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi