“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.06.2013, 00:27
1753

26 iyun

A- A+

26 iyun Beynəlxalq Narkоmaniyaya və Narkоbiznеsə qarşı Mübarizə Günüdür (International Day against Drug Abuse and Illicit Trafficking)...

Azərbaycan

 

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Diviziya Nuru paşanın komandanlığı altında “Qafqaz İslam Ordusu”nun tərkibinə daxil edilib. Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Generallar Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini, Süleyman Sülkeviç Baş Qərargah rəisi təyin edildilər. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib.

 

26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 - 14.3.1974) anadan olub. Uzun müddət Akademik Milli Dram Teatrında çalışıb.

 

26 iyun 1929 - Həkim-yazıçı, Əməkdar elm xadimi Nurəddin Məmmədbağır oğlu Rzayev (1929 -17.10.2011) Gədəbəy rayonunda doğulub. Təbabətlə yanaşı, türkologiya, tarix, ədəbiyyat, musiqi və s. mövzularda elmi-pubisistik məqalələrin müəllifidir.

 

26 iyun 1949 – Rejissor, Xalq artisti Mərahim Fərzəli oğlu Fərzəlibəyov Bakıda doğulub. Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1975-1977-ci illərdə Qroznı şəhərində (Çeçenistan) M.Lermontov adına Dövlət Rus Dram Teatrında çalışıb. 1977-1981-ci illərdə Sumqayıt Dovlət Dram Teatrının baş rejissoru olub. 1981-ci ildən Akademik Milli Dram Teatrında çalışır.

 

26 iyun 1985 – Əməkdar artist, aktrisa Süsən Hacı Aslan qızı Məcidova (1916-1985) vəfat edib. Gənc Tamaşaçılar Teatrında  çalışıb. Filmləri: “Telefonçu qız” (Səlminaz), “Bir cənub şəhərində” (Mənsurə), “Bizim Cəbiş müəllim” (Makedonun anası), “Tənha narın nağılı” (Bəyxanım), “Həyat bizi sınayır” (Sadıqın arvadı).

 

Dünya 

 

26 iyun Beynəlxalq Narkоmaniyaya və Narkоbiznеsə qarşı Mübarizə Günüdür (International Day against Drug Abuse and Illicit Trafficking).  BMT Baş Assambleyasının 7 dekabr 1987-ci il tarixli qətnaməsi ilə təsis olunub. 

26 iyun Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiəsi Günüdür (International Day in Support of Victims of Torture). BMT Baş Assambleyasının 12 dekabr 1997-c il tarixli qətnaməsi ilə təsis olunub.

 

26 iyun 1763 - İngilis rəssamı Corc Morland (George Morland; 1763-1804) anadan olub.

 

26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1938) laureatı Perl Bak (Pearl Sydenstricker Buck; 1892-1973) anadan olub. Əsərləri: “Şərq küləyi, qərb küləyi”, “Dağılan ev”, “Böyük dalğa” və s.

 

26 iyun 1927 - Tanınmış kinorejissor, Rusiyanın Xalq artisti Vladimir Motıl (1927-2010) anadan olub. “Səhranın bəyaz günəşi”, “Sayrışan xoşbəxtlik ulduzu” və s. filmləri çəkib.

 

26 iyun 1950 - Eston müğənnisi, ötən əsrin 70-80-ci illərdə sovet estradasının ulduzlarından olmuş Yaak Yoala anadan olub.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi