“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.06.2013, 00:24
1573

25 iyun

A- A+

25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson vəfat edib...

Azərbaycan

 

25 iyun 1907 - Xalq artisti, tanınmış aktrisa Sona Salman qızı Hacıyeva (1907 – 24.12.1979) Şəkidə doğulub. Səhnə fəaliyytinə 1920-ci ildə Bakıda Əli Bayramov klubu nəzdindəki dram dərnəyində başlayıb, 1923-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrının aktrisası olub. «Bəxtiyar» filmində Zəhra xala rolu ilə məşhurlaşıb, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, "Səhər" filmlərində çəkilib.

 

25 iyun 1930 - Şair Şərif Yusif oğlu Tahirli Qəbələ rayonunun Xırxatala kəndində anadan olub. Satirik şeirlərin, “Şikayətnamə”, “Babam yaxşı kişi olubdu”, “Ürəyimin güzgüsü” və s. kitabların müəllifidir.

 

25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov (1940-2007) anadan olub. Uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şikrətinin solisti olub.

 

25 iyun 2002 - "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. 

 

Dünya

 

25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia; 1709-1770) anadan olub. “Semiramida”, “Aleksandra Hindistanda” və s. operaların müəllifidir.

 

25 iyun 1903 - Məşhur ingilis yazıçısı Corc Oruell (George Orwell - Eric Arthur Blair, 1903-1950) anadan olub. Rusiyadakı 1917-ci il inqilabına alleqoriya olan “Heyvan tövləsi” povestinin, “1984” antiutopiya-romanın müəllifidir.

 

25 iyun 1963 - Yunan əsilli məşhur ingilis müğənnisi və bəstəkarı Corc Maykl (George Michael, əsl adı Georgios Kyriakos Panayiotou) anadan olub.

 

25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson; 29.8.1958 - 2009) vəfat edib. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomların tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi