“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
20.06.2013, 00:10
1496

20 iyun

A- A+

20 iyun 1921 - Görkəmli bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov Bakınn Balaxanı kəndində doğulub...

Azərbaycan

 

20 iyun Azərbaycanda qaz təsərrüfatı işçilərinin peşə bayramı günüdür.  Prezident İlham Əliyevin 12 iyun 2006-cı il tarixli sərəncamı ilə təsis olunub.

 

20 iyun 1898 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (1898 – 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə Tiflis Azərbaycan Dram Teatrında başlayıb, 1925-ci ildə Bakıya gələrək ömrünün sonunadək Dövlət Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

20 iyun 1915 – Xalq artisti, tanınmış aktyor Süleyman Ağababa oğlu Ələsgərov (1915 – 10.12.1998) Bakıda anadan olub. Ən populyar ekran obrazı "Bizim Cəbiş müəllim" filmində Cəbiş müəllim roludur. “Bəxtiyar” (Klub müdiri), “Dağlarda döyüş” (mayor Poladov), “Babamızın babasının babası” (professor), “Babək” (əyan) və s. filmlərdə çəkilib.

 

20 iyun 1921 - Görkəmli bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 – 25.3.1992) Bakınn Balaxanı kəndində doğulub. Xor üçün işlənmiş “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, «Sabir», «Hüseyn Cavid» oratoriyaları, “Azad”, “Xanəndənin taleyi” operalarının, “Təzə gəlin” opetettasının, çoxsaylı mahnıların müəlifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərə musiqi yazıb.

 

20 iyun 1924 - Bibliоqraf, ədəbiyyatşünas, prоfеssоr Nazim Fərrux oğlu Axundоv (1924- 10.3.1994) anadan оlub.

 

Dünya

 

20 iyun Dünya qaçqınlar günüdür (World Refugee Day). BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də təsis edilib.

 

20 iyun 1819 - Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach, 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.

 

20 iyun 1932 - Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.

 

20 iyun 1933 — Amerika aktyoru, ssenarist Danni Ayello (Danny Aiello) anadan olub. “Bir dəfə Amerikada”, “Qahirənin al qızılgülü”, “Leon” və s. filmlərdə çəkilib.

 

20 iyun 1941 — İngilis kinorejissoru Stiven Frirz (Stephen Arthur Frears) anadan olub. Filmləri: “Təhkükəli əlaqələr”, “Şeri” və s.

 

20 iyun 1967 - Məşhur Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Nikol Kidman anadan olub. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi