“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.04.2013, 21:31
1547

29 aprel

A- A+

29 aprel dünyada Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) kimi qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilib...

Azərbaycan

 

29 aprel 1916 - Bəstəkar, Əməkdar incəsənət xadimi Ədilə Hacağa qızı Hüseynzadə (1916-2005) anadan olub.

 

29 aprel 1919 - Tanınmış kinorejissor, Azərbaycan və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (1919 - 20.9.1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.   

 

Dünya

 

29 aprel dünyada Beynəlxalq Rəqs Günü (İnternational Dance Day) kimi qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (Jean-Georges Noverre, 29.4.1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.

 

29 aprel 1842 - Avstriya bəstəkarı, Vyana klassik operettasının banisi Karl Milleker (Karl Joseph Millöcker, 1842-1899) anadan olub. Əsərləri: “Kasıb tələbə”, “Üç cüt ayaqqabı”, “Qrafinya Dübarri”

 

29 aprel 1899 - Məşhur Amerika caz ifaçısı, bəstəkar və dirijor Dük Ellinqton (Edward Kennedy Ellington, 1899-1974) anadan olub.

 

29 aprel 1907 - Avstriya mənşəli Amerika rejissoru Fred Sinneman (Fred Zinnemann, 1907-1997) anadan olub. Dörd filmi “Oskar” mükafatına layiq görülüb: “Bu analar yaşaya bilərdi”, “Benci” (qısametrajlı filmlər), “Bütün zamanların adamı”, “İndidən və hər zaman” (ümumilikdə səkkiz “Oskar”).

 

29 aprel 1931 - Sovet İttifaqında (Moskva) ilk televiziya yayımı sınaqdan keçirilib. Moskva televiziyası 1935-ci ildən yayımlara başlasa da, II Dünya müharibəsi bu işləri yarımçıq qoyub. Televiziyanın fəaliyyəti 1945-ci ildə bərpa olunub. Azərbaycanda televiziya (Bakı studiyası) 1956-cı ildə fəaliyyətə başlayıb.

 

29 aprel 1957 - Hollivud ulduzlarından kinoaktrisa Mişel Pfayffer (Michelle Marie Pfeiffer) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Canavar”, “Sevgi tarlası”, “Betmen qayıdır”, “Ledi-qırğı”, “İstvik əcinnələri”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi