“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.04.2013, 09:29
1783

21 aprel

A- A+

21 aprel 1910 - Görkəmli Amerika yazıçısı Mark Tven vəfat edib...

Azərbaycan

 

21 aprel 1931 - Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudova (1931 - 12.9.2014) Bakıda doğulub. Azərbaycan Radio Komitəsinin, 1954-cü ildən Moskonsertin solisti olub. Rusiyanın Əməkdar artisti adına layiq görülüb. Moskvada dəfn olunub.

 

21 aprel 1978 - Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada (maddə 73) Azərbaycan dili respublikanın dövlət dili təsbit olunub.

 

Dünya

 

21 aprel 1816 - Məşhur ingilis yazıçısı və şairi Şarlotta (Charlotte) Bronte (1816-1855) anadan olub. “Ceyn Eyr”, “Şerli”, “Müəllim”, “Yaşıl cırtdan” və s. romanların müəllifidir.

 

21 aprel 1864 - Alman filosofu, tarixçi, müasir sosiologiyanın banisi Maks Veber (Max Weber, 1864-1920) anadan olub. “Protestan etikası və kapitalizmin ruhu” əsərinin müəllifidir.

 

21 aprel 1910 - Görkəmli Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens, 30.11.1835 - 1911) vəfat edib. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. məşhur romanların müəllifidir.

 

21 aprel 1922 - Tanınmış rus kinorejissoru Stanislav İosifoviç Rostoski (1922- 2001) anadan olub. Filmləri: “Qara qulaq ağ Bim”, “Burada üfüqlər sakitdir” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi