“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.04.2013, 11:06
1773

26 aprel

A- A+

26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayev Ərdəbil yaxınlığındakı Əndəlib kəndində anadan olub...

Azərbaycan

 

26 aprel 1908 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (1908 - 28.9.1978) Ərdəbil yaxınlığındakı Əndəlib kəndində anadan olub. Kiçik yaşlarında ailəsilə Gəncəyə köçüb. Gəncə Müəllimlər İnstitutunu, Kazan Şərq Pedaqoji İnstitutunu bitirib, Azərbaycan Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.

 

26 aprel 1947 – Tanınmış kinorejissor Gülbəniz Yusif qızı Əzimzadə (1947-7.12.2006) Bakıda anadan olub. Filmləri: "Nəğmə dərsi" (“Ömrün səhifələri” kinonovellası), "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", “Qaladan tapılan mücrü", "Ötən ilin son gecəsi", "İmtahan", "Qətl günü". Filmləri ümumittifaq festivallarında mükafatlara layiq görülüb.

 

Dünya

 

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür (World İntellectual Property Day). 2000-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə təsis edilib.

 

26 aprel 1711 - Şotland filosofu və tarixçisi, empirizmin nümayəndəsi David Yum (David Hume, 1711-1776) anadan olub.

 

26 aprel 1798 - Fransız rəssamı Ejen Delakrua (Ferdinand Victor Eugene Delacroix, 1798-1863) anadan olub. Fransa inqilabından (1830) bəhs edən məşhur “Barrikadada azadlıq” rəsminin, habelə “Xiosda qətliam”, “Sardanapalın ölümü” və s. tarixi tabloların müəllifidir.

 

26 aprel 1886 - Tatar ədəbiyyatının klassiki, şair və yazıçı Qabdulla (Abdulla) Tukay (1886 - 15.4.1913) anadan olub. 2011-ci il TÜRKSOY tərəfindən “Abdulla Tukay ili” elan olunub.

 

26 aprel 1912 - Amerika fantast-yazıçısı Alfred Elton van Voqt (1912-2000) anadan olub.

 

26 aprel 1940 - Məşhur italyan bəstəkarı və aranjimançısı Corcio (Giorgio - əsl adı Hansjörg) Moroder anadan olub. Disko musiqisinin yaradıcılarlndan sayılır. Alan Parkerin “Gecəyarısı ekspresi” filminə yazdığı musiqiyə görə “Oskar” alıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi