“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.01.2013, 09:55
1639

19 yanvar

A- A+

19 yanvar 1809 - Məşhur Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır...

 Azərbaycan

 

19 yanvar 1873 - Azərbaycanın ilk maarifçi qadınlarından biri, yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873-6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri olub. C.Məmmədquluzadənin bioqrafiyasını, M.Ə.Sabir haqqında xatirələrini yazıb, Azərbaycan yazıçılarının əsərlərini ruscaya tərcümə edib. 

 

13 yanvar 1962 – Əməkdar artist, müğənni Şəbnəm İlyas qızı Tapdıq anadan olub.

 

19 yanvar 1993 - Azərbaycan parlamenti “Dövlət gerbi haqqında” Konstitusiya qanunu qəbul edib. Xalq Cümhuriyyəti dövründə Dövlət gerbi haqqında müsabiqə elan edilsə də (yanvar 1920), onu başa çatdırmaq mümkün olmamışdı. 1991-ci ildə Ali Sovetin qərarı ilə yeni müsabiqə elan olundu və Cümhuriyyət dövründə hazırlanmış layihələrdən biri kiçik dəyişikliklərlə Dövlət gerbi kimi təsdiq edildi. Azərbaycanın Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxan təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. 

 

Dünya

 

19 yanvar 1737 - Fransız yazıçısı Jak-Anri Bernarden (Jacques-Henri Bernardin de Saint-Pierr, 1737-1814) anadan olub.
 

19 yanvar 1798 - Fransız filosofu, pozitivizm cərəyanının və sosiologiyanın banisi Ogüst Kont (Isidore Marie Auguste François Xavier Comte, 1798-1857) anadan olub.
 

19 yanvar 1809 - Məşhur Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır. Bir çox hekayə və novellaları (“Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Qara pişik”, “Qarğa” və s.) əsasında filmlər çəkilib.

 

19 yanvar 1839 - Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne, 1839-1906) anadan olub.
 

19 yanvar 1848 - Alman bəstəkarı və musiqişünası Avqust Kreçmar (August Ferdinand Hermann Kretzschmar, 1848-1924) anadan olub.
 

19 yanvar 1863 - Rus yazıçısı Aleksandr Serafimoviç (1863-1949) anadan olub. “Dəmir axın” romanı sovet ədəbiyyatının klassik nümunəsi sayılırdı.

 

19 yanvar 1865 - Görkəmli rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.
 

19 yanvar 1900 - Rus bəstəkarı Mixail İsakovski (1900-1973) anadan olub. Məşhur “Katyuşa” mahnısının müəllifi kimi şöhrət qazanıb.

 

19 yanvar 1932 - Amerika kinorejissoru Riçard Lester (Richard Lester) anadan olub.
 

19 yanvar 1945 - İngilis rok müğənnisi, məşhur «Deep Purple» ansamblının qurucusu Rod Evans (Roderick Evans) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi