28 yanvar
28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq Mehdi Məmmədov vəfat edib...
Azərbaycan
28 yanvar 1848 - Şair, ədəbiyyatşünas, tarixçi, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradaği (1848 - 2.12.1929) Şuşada doğulub. Rus şairi İvan Krılovun təmsillərinin dilimizə ilk tərcüməçisi olub. Qori Müəllimlər Seminariyasının müəllimi Aleksey Çernyayevski ilə birgə azərbaycanlı şagirdlər üçün “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
28 yanvar 1923 – Yazıçılar Birliyinin (1934) orqanı olan “Azərbaycan” jurnalının ilk sayı çapdan çıxıb. Nəşrin ilk redaktoru Tağı Şahbazi Simurq olub. Jurnal 1923-1927-ci illərdə "Maarif və mədəniyyət” adı ilə nəşr edilib. Sonrakı illərdə "İnqilab və mədəniyyət" (1928-1936), "Revolyusiya və kultura" (1936-1941) və s. adlarla çıxıb. 1953-cü ildən “Azərbaycan” adlanır.
28 yanvar 1938 - Kinooperator Zaur Məhərrəmov Bakıda doğulub. “Uşaqlığın son gecəsi”, “Ad günü”, “Gözlə məni” və s. filmlərin operatorudur.
28 yanvar 1925 - Şair, dramaturq Adil Qafar oğlu Babayev (1925-19.8.1977) anadan olub.
28 yanvar 1944 – Aktyor, Xalq artisti Məzahir Həbulla oğlu Süleymanov Zərdab rayonunda anadan olub. “Mənim ağ şəhərim”, “Yük”, “Cavid ömrü” filmlərində çəkilib.
28 yanvar 1980 - Azərbaycanda teleradio diktorluq məktəbinin banilərindən biri, diktorlar arasında respublikanın ilk Əməkdar artisti Aydın Çingiz oğlu Qaradağlı (20.8.1929-1980) vəfat edib.
28 yanvar 1985 - SSRİ Xalq artisti, rejissor, pedaqoq, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov (22.5.1918, Şuşa - 1985) vəfat edib. Uzun illər Milli Dram Teatrında rejissor işləyib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur. “Onu bağışlamaq olarmı?” filmində (Qaya) çəkilib.
28 yanvar 2015 - Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 5.6.1939 - 2015) vəfat edib. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Dünya
28 yanvar 1853 - Rus filosofu, şair, ədəbiyyatşünas Vladimir Sergeyeviç Solovyov (1953-1900) anadan olub. Əsərləri: “Məhəbbətin mənası”, “Xeyirə bəraət” və s.
28 yanvar 1853 - Məşhur kubalı inqilabçı yazıçı, bu ölkənin Milli qəhrəmanı Jose Marti (Jose Julian Marti Perez, 1853-1895) anadan olub.
28 yanvar 1897 - Rus-sovet yazıçısı Valentin Petroviç Katayev (1897-1986) anadan olub. “Vaxtdır, irəli”, “Tənha yelkən ağarır”, “Alay oğlu” əsərləri əsasında eyniadlı filmlər çəkilib.
28 yanvar 1899 - Gürcüstanın Xalq şairi Gеоrgi Nikоlayеviç Lеоnidzе (1899-9.8.1966) anadan оlub.
28 yanvar 1912 - Amerika rəssamı, abstrakt ekspressionizmin banisi Pol Cekson Pollak (Paul Jackson Pollock, (1912-1956) anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: