“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.01.2013, 10:31
1428

26 yanvar

A- A+

26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Rzayev vəfat edib...

 Azərbaycan

 

26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1920-ci ilin mayında Gəncədə anti-sovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.

 

26 yanvar 1971 - Tanınmış müğənni, Xalq artisti Aygün Kazımova Bakıda doğulub. 1989-cu ildə Yurmalada (Latviya) keçirilmiş mahnı müsabiqəsinin laureatı olub.

 

26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934, Füzuli - 2006) vəfat edib. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində Azərbaycan mədəniyyətini uğuerla təmsil edib. Bir sıra mahnılar (“Gəl inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Müğam Teatrının yaradıcılarından biri və 20 ilə yaxın bədii rəhbəri olub. 100-dən çox ifaçı yetişdirib. “Şöhrət” ordeni ilə təltif olunub.

 

Dünya

 

26 yanvar 1921 - SSRİ Xalq artisti, kinorejissor Yuri Nikolayeviç Ozerov (1921-2001) anadan olub. Böyük Vətən müharibəsinə həsr olunmuş kinoepopeyaların (“Azadlıq”, “Moskva uğrunda döyüşlər”, “Stalinqrad”) müəllifidir.

 

26 yanvar 1925 - Amerika aktyoru, rejissor, prodüser Pol Nyuman (Paul Leonard Newman: 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar” mükafatı, 1986) və s.

 

26 yanvar 1944 – Amerikalı kommunist təmayüllü yazıçı Ancela Devis (Angela Yvonne Davis) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi