“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.01.2013, 09:59
1655

24 yanvar

A- A+

24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman anadan olub...

Azərbaycan

 

24 yanvar 1905 – Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. «Yeni əlifba və orfoqrafiya», «Azərbaycan ədəbiyyatı» və s. kitabların müəllifidir. 1938-ci ildə repressiya edilərək güllələnib.

 

24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov (1909-9.8.1983) anadan olub.

 

24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ifaçısı Avtandil İsrafilov anadan olub.

 

24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində doğulub. 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışır.

 

Dünya

 

24 yanvar 1732 - Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.

 

24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı” romanları, “Qızıl qazan” povesti, “Şelkunçik (findıqqıran – red.) və siçanlar kralı” nağılı (P.İ.Çaykovski nağıl əsasında “Şelkunçik” baletini yazıb).

 

24 yanvar 1848 - Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub. Məşhur rəsmləri: “Strelets edamının səhəri”, “Suvorovun Alp daglarını aşması”, “Stepan Razin” və s.

 

24 yanvar 1901 - SSRİ Xalq artisti, görkəmli kinorejissor Mixail İliç Romm (1901-1971) anadan olub. “Lenin Oktyabrda” bədii, “Adi faşizm” sənədli filmlərinin müəllifidir. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi