18 yanvar
18 yanvar 1983 - Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı vəfat edib...
Azərbaycan
18 yanvar 1915 - Tanınmış rəqqas, Xalq artisti Əlibaba Əbdül oğlu Abdullayev (1915 - 10.10.1980) anadan olub. Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupuna rəhbərlik edib. “O olmasın, bu olsun” (1956), “Əhməd haradadır?” (1963), “Ulduz” (1964), “Dəli Kür”(1969) və s. filmlərdə baletmeyster, rəqslərin quruluşçusu olub.
18 yanvar 1925 - Tarixçi alim, pedaqoq Qasım Səfər oğlu Qasımov (1925 - 2.11.1991) anadan olub.
18 yanvar 1927 - Xalq artisti, dirijor Kamal Cahanbaxış oğlu Abdullayev (1927-5.12.1997) аnаdаn оlub.
18 yanvar 1941 - Kinorejissor, ssenarist, Xalq artisti Eldar Tofiq oğlu Quliyev anadan olub. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək”, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” və s. filmlərin quruluşçu rejissorudur. Mədəniyyət və İncəsənət Universitetində professorudur.
18 yanvar 1942 - Yazıçı-dramaturq Heydər Qasımlı (Qasımov Heydər İftar oğlu) (18.01.1942) Qazaxda doğulub. “Akademik kürəkən” satirik komediyası Qazax Dövlət Dram Teatrında tamaşaya qoyulub.
18 yanvar 1947 - Xalq artisti, tanınmış rəqqasə Afaq Süleyman qızı Məlikova anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Hazırda əməkdar kollektivin bədii rəhbəridir.
18 yanvar 1950 – Yazıçı Eyvaz Mahmud oğlu Zeynalov anadan olub.
18 yanvar 1983 - Yazıçı-dramaturq, publisist Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov, 27.8.1921 - 1983) vəfat edib. “Kirpi” jurnalının baş redaktoru olub. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək” və s. pyeslərin müəllifidir.
Dünya
18 yanvar 1689 - Fransız filosofu Şarl Lui de Monteskye (Charles-Louis de Secondat, Baron de La Brede et de Montesquieu; 1689-1755) anadan olub.
18 yanvar 1841 - Fransız bəstəkarı Emmanuel Şabrie (Alexis-Emmanuel Chabrier, 1841-1894) anadan olub.
18 yanvar 1882 - İngilis yazıçısı, uşaqlar üçün məşhur “Vinni Pux” əsərinin müəllifi Alan Aleksandr Miln (Alan Alexander Milne, 1882-1956) anadan olub.
18 yanvar 1893 - Rusiya və Latviya bəstəkarı, populyar tanqo melodiyalarının müəllifi Oskar Davıdoviç Strok (1893-1975) anadan olub.
18 yanvar 1904 - İngilis-amerikan aktyoru Keri Qrant (əsl adı Archibald Alexander Leach; 1904-1986) anadan olub.
18 yanvar 1914 - Rus əsilli Fransa rəssamı Nikola de Stal (Nicolas de Stael, 1914-1955) anadan olub.
18 yanvar 1947 - Yapon kinorejissoru, aktyor, ssenarist, şair Takesi Kitano anadan olub.
18 yanvar 1955 - Məşhur Amerika aktyoru, rejissor və prodüser Kevin Kostner (Kevin Michael Costner) anadan olub. Filmləri: “Çıxış yoxdur”, “Cangüdən”, “İdeal dünya”, “Canavarlarla rəqs” (ilk rejissor işi, “Oskar” – 1990) və s.
18 yanvar 1962 - Gürcüstan və Rusiyanın Xalq artisti, məşhur müğənni Tamara Qverdsiteli anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: