“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.07.2011, 16:56
559

Protestantlıq

A- A+

Azərbaycanda protestantlığın yayılmağa başlaması çar Rusiyası dövrünə təsadüf edir. Lüteranlıq və piyetizm ölkəmizdə yayılan ilk protestant cərəyanlarıdır. Belə ki, 1819-cu ildə vürtemberqli separatçılar ölkəmizdə

Yelenendorf (indiki Göygöl şəhəri) və Annenfeld (indiki Şəmkir) adlı ilk alman məskənlərinin əsasını qoydular. Sonrakı illərdə vürtemberqli separatçılar ölkəmizdə daha altı alman koloniyası yaratdılar.

Bazel Yevangelik Missioner Cəmiyyəti də Qafqazda, eləcə də Şimali Azərbaycanda lüteranlığın yayılmasında rol oynayırdı. Həmin cəmiyyətin missionerləri XIX əsrin 20-ci illərində Şuşa şəhərində missioner məktəb və xristian ədəbiyyatını çap edən mətbəə açmaqla regionda lüteranlığın möhkəmlənməsinə təsir göstərdilər.

Bununla yanaşı, çar Rusiyası dövründə Şimali Azərbaycanın müxtəlif bölgələrində baptistlərə və Yeddinci Günün Adventistləri Kilsəsinə məxsus protestant icmalar da təşəkkül tapmışdı.

Sovet hakimiyyəti illərində təqib və təzyiqlərlə üzləşən protestantlar Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra azad və sərbəst şəkildə fəaliyyət göstərmək imkanı qazandılar. Hazırda ölkəmizdə protestantlıq müxtəlif cərəyanları ilə təmsil olunmuşdur.

Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatından keçən protestant icmaları bunlardır: “Yeni Həyat” Xristian incil dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması, “Həyat sözü” Xristian dini icması, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri” dini icması, “Gəncə şəhəri Yeddinci Günün Adventistləri” xristian dini icması, “Vineyard Azərbaycan” xristian dini icması, Bakı şəhəri “Alov” xristian dini icması.

 

Xəbərlər
Redaktorun seçimi