“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.08.2014, 12:02
1808

Xurşudbanu Natəvan (1832-1897)

Görkəmli şairə, Qarabağ xanının qızı
A- A+

Görkəmli şairə Xurşudbanu Natəvan 1832-ci ildə Şuşada doğulmuşdur. 

Axırıncı Qarabağ xanı İbrahim xanın nəvəsi, Mehdiqulu xanın qızıdır.

Evdə təhsil almışdır. Bibisi Gövhər xanım dövrünün təhsil görmüş xanımı olmuş, Xurşudbanuya yazmağı, oxumağı, şəkil çəkməyi, musiqi alətlərində çalmağı və s. öyrətmişdi. Natəvan ərəb, fars dillərini bilirdi.

İlk şeirləri XIX əsrin ortalarında çap olunmağa başlamışdır. Şuşada "Məclisi-üns" şeir məclisinə rəhbərlik etmişdir. Məclis Azərbaycanın müxtəlif yerlərində olan analoji dərnəklərlə yaradıcılıq əlaqələri saxlayırdı.

Natəvan analığın ali hisslərini təcəssüm etdirən lirik şeirlərin, həyatdan çox gənc getmiş 16 yaşlı oğlunun həsrətinə həsr etdiyi qəsidələrin, həyat və əbədilik və s. haqqında onlarla şeirin müəllifi olmuşdur.

Qəzəllərinin əksəriyyəti dərd ələm qoxuyur, bu qəzəllər dərin hisslərlə yazılmış olsa da, həyati realist detallarla əhəmiyyətlidir.

Mümkün olmaz mənə vəslin bilirəm həşrə kimi,

Ol səbəb məskənimi küyi biyaban etdim.

Eşq sultanı mənim qətlimə dərman gətirib,

Etmədim tərki vəfa, taəti dərman etdim.

Səri küyində qoyub başımı bir uf demədim.

Ya təbib adını tərk eylə, təbabət etmə,

Ya mənim dərdimi tap, gör niyə tüğyan etdim.

Natəvan həm də istedadlı rəssam olmuşdur. Özündən sonra "Gül dəftəri" adlanan albomda toplanmış bir sıra bədii rəsm əsəri saxlamışdır. Xeyriyyə işlərilə məşğul olmuşdur. 1873-cü ildə Şuşaya çəkdirdiyi su xətti "Xan qızı bulağı" adlanıb. Böyük fransız yazıçısı Aleksandr Düma Azərbaycana səfəri zamanı Şuşada Natəvanın qonağı olmuş, ondan əl işi olan hədiyyə almış və öz xatirələrində bunu minnətdarlıq kimi qeyd etmişdir.

Xurşudbanu Mehdiqulu qızı Natəvan 1897-ci ildə Şuşada vəfat etmiş, Ağdamdakı "İmarət" qəbiristanlığında dəfn edilmişdir. Onun adı əbədiləşdirilmiş, Bakının mərkəzində abidəsi ucaldılmışdır.

* * *

Bax həmçinin:

►Qarabağ ədəbiyyatı: xronoqraf

Xəbərlər
Redaktorun seçimi