“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.08.2014, 16:02
1648

Heydər Hüseynov (1908-1950)

Filosof, ədəbiyyatşünas, Azərbaycan EA-nın akademiki
A- A+

Müasir Azərbaycan fəlsəfə elminin banilərindən biri, görkəmli alim, ədəbiyyatşünas, ictimai xadim  Heydər Nəcəf oğlu Hüseynov 1908-ci ildə İrəvanda doğulmuşdur. Azərbaycan EA-nın akademiki, SSRİ dövlət Mükafatı laureatı olub.

1931-ci ildə ADU-nu bitirmişdir. 1936-40-cı illərdə SSRİ EA-nın Ensiklopediya və Lüğətlər İnstitutu filialının direktoru olmuşdur. 1939-45-ci illərdə SSRİ EA Azərbaycan filialının sədr müavini, eyni zamanda Azərbaycan KP(b) MK nəzdində Partiya Tarixi Institutunun direktoru olmuşdur. Uzun illər ADU-da kafedraya rəhbərlik etmişdir.

Yüzlərlə elmi işin müəllifidir. "M. F. Axundovun fəlsəfi görüşləri", "Nizaminin sosial görüşləri", "Azərbaycanın böyük alimi A. Bakıxanov", bundan başqa onun Füzuli, M. Kazımbəy, Zərdabi, Vazeh, S. Vurğun, C. Cabbarlı, Ə. Şıxlinski və onlarla dahi şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən əsərlər yazmışdır.

Onun ən dəyərli əsərlərindən biri 1949-ci ildə işıq üzü görmüş, 733 səhifəlik "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" əsəridir ki, burada Azərbaycan xalqının ictimai siyasi və fəlsəfi fikrinin inkişaf mərhələləri göstərilmişdir.

H. Hüseynov "Rus-Azərbaycan" və Azərbaycan-rus" lüğətlərinin əsas tərtibçisi və redaktorlarındandır. O, Qafqaz xalqlarının qəhrəman Şeyxi - Şeyx Şamil haqqında monoqrafiya yazmış, monoqrafiya hazır olanda hətta Stalin mükafatına təqdim edildikdən sonra sanki birdən-birə işıqlı, günəşli bir gündə ildırım çaxdı.

Azərbaycanın o vaxtkı rəhbəri Mir Cəfər Bağırov "Pravda" və "Bakinski raboçi" qəzetlərində Şeyx Şamili Qafqaz xalqlarının azadlığı uğrunda vuruşan qəhrəman deyil, Türkiyənin və İngiltərənin casusu kimi qələmə verərək yazırdı ki, guya Şamil Qafqazı Türkiyəyə birləşdirməyə cəhd göstərirmiş.

Beləliklə, XX əsrdə Azərbaycanın ən böyük aliminə qarşı iftiralar baş qaldırdı. Heydər Nəcəf oğlu Hüseynov özünün həbs olunmağını gözləməyib, 1950-ci ildə böhtanlara dözməyərək venasını kəsərək intihar etmişdir.

 

Xəbərlər
Redaktorun seçimi