“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.10.2010, 18:49
453

Xocavənd rayonunun ermənilər tərəfindən işğalından 18 il ötdü

A- A+

Dağlıq Qarabağdakı bu rayonun 83 kəndindən 30-da azərbaycanlılar yaşayırdı

Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocavənd rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından 18 il keçir.

Xocavənd rayonu 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra vilayətin Martuni və Hadrut rayonlarının əsasında (ərazisi 1458 kv km) yaradılmışdı.

Rayon bir şəhər (rayon mərkəzi - Xocavənd–Martuni), iki iri qəsəbə (Hadrut Qırmızıbazar), 83 kənddən (bu kəndlərin 30-da azərbaycanlılar yaşayırdı)  ibarətdir.

1992-ci ilin avqustunda Azərbaycan Ordusunun hissələri Xocavənd (Martuni) şəhərini və rayonun bir sıra kəndlərini nəzarətə götürsələr də, sonradan bu mövqeləri itirdilər.

1992-ci il oktyabrn 2-də erməni silahlı qüvvələri Xocavənd şəhərini ələ keçirdilər. Ardınca rayonun digər yaşayış məntəqələri tamamilə erməlilərin əlinə keçdi. 

* * *

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i Ermənistanın işğalı altında olan Xocavənd rayonun ekoloji durumu ilə bağlı bəzi faktlar aşkarlayıb.

Məlumata görə, rayon ərazisində əkilib-becərilən narkotik vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılır, fauna və flora tamamilə məhv edilir. Bununla yanaşı, istilik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır. Mərkəzə daxil olmuş məlumatlara əsasən, yandırılmış ərazilərdə 47 adda bitki və 19 adda ağac nümunələri kökündən yanaraq məhv olub.

Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xocaşın çayının kənarlarında bitən təbii meşə, Kurapatkin adlanan ərazisində ermənilər tərəfindən 6000 hektara qədər ərazidə olan ağaclar (əncir, tut, nar, fıstıq, yemişan, palıd, qarağac və digər növlər) qırılaraq məhv edilib.

Qədim yaşayış məskənlərindən sayılan Xocavənd rayonunda ehtiyatları 2034 min m3 olan və üzlük daşı istehsalına yararlı Ediş qabbro; ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı; proqnoz ehtiyatları 90,33 min m3/gün olan yeraltı şirin su yataqları və s. var.

Rayonun Qarakənd kəndində Azərbaycanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 sm, hündürlüyü 12 m, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə olunurdu.

Xəbərlər
Redaktorun seçimi