“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.06.2010, 19:26
442

Qarabağ müzakirələrində yeni format

A- A+

İstanbulda Türkiyə-Rusiya-Azərbaycan görüşünün keçiriləcəyi bildirilir

Gələn həftə İstanbulda Türkiyə, Rusiya baş nazirləri və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüş keçirilə bilər. Danışıqlar zamanı tərəflərin Dağlıq Qarabağ münaqişəsinin müzakirə edəcəkləri bildirilir. Bu barədə məlumat Rusiya diplomatik dairələrindəki yüksək vəzifəli mənbələrdən yayılıb.

Qeyd edək ki, bir müddət bundan öncə Türkiyənin Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin rəhbəri Sinan Oqan cari ilin iyun ayında Putin-Ərdoğan-Sakisyan görüşünün keçirilməli olduğunu bildirmişdi.

Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, tərəflər Ermənistan dövlət başçısı Serj Sarkisyanın görüşə gəlməyə heç cürə razı sala bilmirlər. Hətta Ermənistan prezidentinin mətbuat katibi İrəvanın bu formatda görüşün keçirilməsini ümumiyyətlə nəzərdə tutmadığını və Qarabağ münaqişəsinin Türkiyə ilə müzakirə etmək niyyətində olmadığını söyləyib

 

* * *

Putin Ərdoğanın dəvətini qəbul etdi 

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan rusiyalı həmkarı Vladimir Putini iyunun 8-i İstanbulda keçiriləcək Asiyada Əməkdaşlıq və Etimadartırıcı Tədbirlər Konfransının (CICA) üçüncü toplantısına dəvət edib. “Media forum” saytının məlumatına görə, Putin təklifi qəbul edərək səfər çərçivəsində ikitərəfli görüş barədə də razılığa gəlib.

Telefonla danışan Ərdoğan və Putin iki ölkə arasındakı iqtisadi-ticari münasibətləri və regiondakı situasiyanı da müzakirə ediblər.

* * *

Mövzuya dair:

Ermənistan parlamentinin komissiyası Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsini rədd edib  

Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması haqqında” müxalifətdəki “İrs” Partiyasının hazırladığı qanun layihəsini qəbul etməyib.

“İrs” və Daşnaksutyun”dan olan 2 deputat qanun layihəsinin lehinə, hökumət koalisiyasını təmsil edən 5 deputat və 1 müstəqil deputat isə əleyhinə səs verib.

“İrs” Partiyası layihənin parlamentin ümumi iclasında növbədənkənar müzakirəsi üçün təşəbbüs göstərmək niyyətindədir. Bu məqsədlə qanun layihəsi parlamentin sədrinə təqdim ediləcək.

Xəbərlər
Redaktorun seçimi