“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.12.2010, 18:19
425

Avropa Parlamentinin polşalı deputatı Dağlıq Qarabağa səfər edib

A- A+

Azərbaycan XİN Avropa İttifaqına və Polşaya etiraz notası verib

Avropa Parlamentinin Ermənistan üzrə əsas məruzəçisi, Polşadan olan deputat Tomas Porebanın işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsi ilə əlaqədar dekabrın 21-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Rolan Kobia və Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Xarici İşlər Nazirliyinə dəvət olunub və onlara məsələ ilə bağlı Azərbaycan tərəfinin etiraz notası təqdim edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, baş vermiş hadisənin Azərbaycan tərəfinin ciddi etirazına səbəb olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və respublikanın işğal edilmiş ərazilərinə onun razılığı olmadan qeyri-qanuni səfər edərək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına girişi arzuolunmaz şəxslər siyahısına daxil edildiyi bildirilib.


Avropa İttifaqı institutları, eyni zamanda, Polşa hökumətindən bölgədə mövcud vəziyyəti gərginləşdirməyə yönəlmiş bu cür təhrikçi addımlara qarşı zəruri tədbirlər görülməsi təkidlə xahiş edilib.

Xəbərlər
Redaktorun seçimi