“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.01.2010, 21:27
349

“Freedom House” növbəti “Azadlıq hesabatı”nı açıqlayıb

A- A+

Amerika təşkilatı Azərbaycanı azad olmayan ölkələr sırasına aid edib...

Amerika Birləşmiş Ştatlarında yerləşən beynəlxalq insan haqları təşkilatı “Freedom House” dünya ölkələrində insan azadlıqlarının vəziyyətinə dair növbəti – 2009-cu il üzrə - illik hesabatını açıqlayıb.

"Azadlıq” radiosunun yaydığı məlumata görə, illik hesabatda son illərdə bütün dünyada azadlıqlar sarıdan geriləmə olduğu vurğulanır.

Hesabatda 2009-cu ildə keçmiş SSRİ, Afrika, Yaxın Şərq və Latın Amerikası ölkələrində azadlıq və demokratiya reytinqinin kəskin pisləşdiyi qeyd olunur.

Ümumilikdə 194 ölkədə azadlıqlar sarıdan vəziyyəti təhlil edən “Freedom House” təşkilatının qiymətləndirməsinə görə, 89 ölkə azad, 58 ölkə qismən azad, 47 ölkə qeyri-azaddır.

Keçmiş SSRİ ölkələrindən yalnız Litva, Latviya və Estoniya azad ölkələr siyahısında yer alıb.

Hesabatda Azərbaycanın azad olmayan (qeyri-azad) ölkələr siyahısında yer aldığı bildirilir.

Azərbaycan qonşularından Ermənistan, Gürcüstan və Türkiyə qismən azad ölkələr cərgəsinə düşüb.

Rusiya, İran, Qazaxıstan və Türkmənistan isə qeyri-azad ölkələr sırasında daxil edilib.

Xəbərlər
Redaktorun seçimi