“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.11.2009, 08:10
69

“Dağlıq Qarabağ: informasiya yayımı strategiyası”

A- A+

Təəssüf ki, Qarabağ haqqında çox saytlar yaradılsa da, onların ömrü çox uzun olmayıb...

Oktyabrın 29-da Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) tərəfindən “Dağlıq Qarabağ: İnformasiya yayımı strategiyasının müzakirəsi” adlı dəyirmi masa keçirilib. 

Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən “Dağlıq Qarabağ haqqında internet bloqun yaradılması və informasiya strategiyasının hazırlanması” layihəsi çərçivəsində mümkün olub.

Tədbirdə əsasən www.karabakhblog.com internet səhifəsinin yaradılması və onun təbliğ olunması yolları müzakirə olunub.

HTC-nin sədri Əvəz Həsənov çıxışında bildirib ki, Dağlıq Qarabağ haqqında yaradılan bu saytın əsas məqsədi münaqişə ilə bağlı gündəlik yenilənə bilinəcək informasiya resursunun yaratmaqdır. O, yeni yaradılan bu saytda Qarabağla bağlı həqiqətlərin, fotoşəkillərin və yerli və xarici rejissorların çəkdikləri filmlərin yer aldığını bildirib.

Tədbirdə həmçinin Qarabağla bağlı saytların hansı problemlərinin olduğu və onların hansı mənbələrdən qidalanması ilə bağlı müzakirələr olub.

Tədbirdə çıxış edən Milli İnternet Forumun prezidenti Osman Gündüz bildirib ki, Qarabağ haqqında çox saytlar yaradılıb, lakin onların ömrü çox uzun olmayıb: “Bu saytları ayrı-ayrı şəxslər tərəfindən yaradılır. Yarandığı gün hansı vəziyyətdə olursa, bir neçə vaxtdan sonra da elə həmin vəziyyətdə qalır. Orada gedən informasiyalar yenilənmir. Belə olduğu təqdirdə bu cür saytların yaradılması Qarabağ haqqında informasiyaların dünya ictimaiyyətinə çatdırılmasında heç bir rol oynamır”.

Tədbirin birinci hissəsi jurnalistlər üçün açıq keçsə də, ikinci hissəsi qapalı keçirilib. İkinci hissədə Qarabağla bağlı informasiyanın yayılması istiqamətində uğurlar və çətinliklər və digər mövzularda müzakirələr aparılıb.

Lent.az

Xəbərlər
Redaktorun seçimi