“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.10.2009, 08:37
389

Abdullah Gül: “Ermənistanla dialoqu fasiləsiz davam etdirəcəyik”

A- A+

“Biz öz işimizi ən yaxşı şəkildə görərək bölgəyə sülh və rifah gətirmək istəyirik”

Oktyabrın 14-də Bursa valisi Şahabettin Harput prezident Abdullah Gülün dəvəti Türkiyə və Ermənistan futbol maçını izləmək üçün Bursaya gələn Ermənistan dövlət başçısı Serj Sarkisyanın şərəfinə ziyafət verib. 

APA-nın ziyafətdə iştirak edən əməkdaşının məlumatına görə, “Almira” otelindəki qapalı ziyafətə Türkiyə və xarici media orqanlarından təmsilçilər qonaq kimi dəvət ediliblər.

Futbol matçından sonra ziyafət salonuna gələn Abdullah Gül və Serj Sarkisyan Türkiyədəki erməni icmasının nümayəndələri ilə söhbət ediblər.

Media təmsilçilərinin suallarını cavablandıran Türkiyə prezidenti Abdullah Gül son 13 ayda çox böyük məsafə qət edildiyini bildirib: “İki ölkə arasında buzları bu qədər əridə biləcəyimizə çox adam yəqin ki, inanmazdı.Bunu bacardığımıza görə çox sevinirik”.

Söhbətdə iştirakçılarının “Bu yol sizi Osloya - Nobel mükafatına qədər apararmı?”sualına cavab verən Türkiyə prezidenti deyib ki, bizim mükafat almaq kimi bir narahatlığımız yoxdur: “Biz öz işimizi ən yaxşı şəkildə görərək bölgəyə sülh və rifah gətirmək istəyirik. Ona görə də ölkələrimiz arasındakı dialoqu fasiləsiz davam etdirəcəyik”.

“Milliyyət” qəzetinin köşə yazarı Taha Akyol isə Serj Sarkisyana bildirib ki, onun Türkiyəyə gəlişini alqışlayır və bu prosesə ürəkdən dəstək verir. Salondan verilən “Geri dönüşü olmayan bir yola girildimi?”sualına isə Serj Sarkisyan gülümsəyərək cavab verməyib.

“Şarl Aznavur və başqa sənətkarların Türkiyədə konsertlər verməsinə necə baxırsınız?” sualının cavabında Serj Sarkisyan deyib ki, onların çoxu bizim Türkiyə ilə heç bir ön şərt olmadan münasibət yaratmağımıza normal baxırlar: “Proseslərin kənar müdaxilə olmadan irəliləməsindən yaxşı şey ola bilməz”.

APA təmsilçisinin Sarkisyana ünvanladığı “Cərəyan edən proseslərdən məmnun olduğunuz görünür. Bu proses Qarabağın işğaldan azad edilməsinə nə dərəcədə təsir göstərəcək?” sualına cavab olaraq Ermənistan prezidenti bildirib ki, “Biz daha ciddi işlərlə, məsələn, Türkiyə-Ermənistan münasibətlərinin normallarşdırılması ilə məşğuluq”.

APA-nın Türkiyə və Ermənistan dövlət başçılarına verdiyi “Buradan Azərbaycana müştərək mesaj vermək istəridinizmi?” sualı isə cavabsız qalıb.

Sarkisyanı yola salarkən Türkiyə prezidenti Abdullah Gül deyib ki, “əgər qalıb qonağımız olun desəm, bunu söz gəlişi demiş olaram. Ona görə də “Yolçu yolunda gərək”deyirəm. Qazaxıstana gedəcəyinizi bilirəm. Hörmətli Nazarbayevə salamımı yetirin. Ona deyin ki, bizim atdığımız addımlara diqqətlə yanaşsın”.

Ziyafətdə iştirak edən iş adamı Şarık Tara Serj Sarkisyana bildirib ki, gələcəkdə enerji layihələri ilə bağlı Ermənistana sərmayə qoymağa hazırdır.

Ziyafətdə Türkiyədəki yəhudi icmasının bəzi liderləri ilə yanaşı, idmana cavabdeh dövlət naziri Faruk Özak, AKP Bursa millət vəkilləri, MHP Ankara millət vəkili, Türkiyə millətçilərinin mərhum lideri Alparslan Türkeşin oğlu Toğrul Türkeş də iştirak ediblər.

 

Serj Sərkisyan: “Diaspora ilə görüşə Türkiyə ilə münasibətləri normallaşdırmağa icazə almaq üçün getməmişdim”

“Türkiyə ilə protokolların imzalanması istiqamətində fövqəladə addımlar atdıq. Avqustun 31-dən sonra başlanan prosesdə son dərəcə çətin anlar yaşadım”.

Bu fikirləri Bursada Türkiyə prezidenti Abdullah Güllə görüşdən sonra keçirilən brifinqdə Ermənistan prezidenti Serj Sarkisyan söyləyib.

Sarkisyan diasporanı məlumatlandırmaq prosesində ortaya çıxan çətinliklərə sinə gərdiklərini bildirib: “Diaspora ilə görüşlərə onlardan Türkiyə ilə münasibətləri normallaşdırmağa icazə almaq üçün getmədim. Bu görüşlərə Ermənistan hökumətinin qəbul etdiyi qərarlarla bağlı diasporanı məlumatlandırmaq üçün getdim. Hər iki tərəfdə fərqli düşünən qüvvələr var. Lakin atdığımız addımı dəstəkləyənlər də var. Əsas məsələ bu proseslə bağlı pozitiv düşünənlərin sayının artmasıdır. Belə insanların sayı getdikcə artacaq. Çünki biz pozitiv iş görürük, doğru olduğuna inandığımız addımları atırıq”.

Xəbərlər
Redaktorun seçimi