“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
08.10.2009, 08:56
441

15 il gizli qalan xəbər?

A- A+

Cəbrayıl rayonunun bir hissəsi və Kəlbəcər rayonunun 12 kəndi 1994-cü ildə işğaldan azad edilibmiş

Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi və respublikamızın Dağlıq Qarabağ ətrafındakı 7 (yeddi) rayonunun işğal altında olması barədə az qala bütün dünyaya məlum olan faktların həqiqəti tam əks etdirmədiyi aşkarlanıb. 
 
Azrbaycanın ən iri internet portalı sayılan www.azerbaijan.az saytında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” bölməsindəki materialdan ("Azərbaycana qarşı elan olunmamış müharibə") belə məlum olur ki, Azərbaycanın işğal atlındakı rayonlarından ikisinin – Cəbrayıl rayonunun bir hissəsi və Kəlbəcər rayonunun 12 yaşayış məntəqəsi hələ 1994-cü ilin əvvəlində düşməndən azad edilib.

Halbuki indiyədək işğal altındakı yalnız bir rayonun – Füzuli rayonunun Horadiz qəsəbəsi və Arazboyu kəndlərinin erməni işğalından azad edildiyi bəlli idi.

Sözügedən saytdakı materialda isə bu barədə belə yazılıb:

“Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Bunun ardınca Cəbrayıl rayonu ərazisinin bir hissəsi, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çəpli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı yaşayış məntəqələri də düşməndən azad edildi. Çiçəkli dağı və b. strateji yüksəkliklər ələ keçirildi, Kəlbəcər-Laçın yolunun tunelə qədərki hissəsi nəzarət altına alındı.

Döyüşlərdə düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş Vətən torpaqlarını azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də ciddi təşvişə saldı.

Ermənistanın himayəçilərinin onu hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi xətti daha da gücləndirildi. Azərbaycan Respublikası belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu”.

Qeyd edək ki, www.azerbaijan.az portalındakı materail Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən hazırlanıb.

Materialı tam olaraq aşağıdakı linkdən oxuya bilərsiniz:

http://www.azerbaijan.az/portal/Karabakh/ArmenianAgression/armenianAgression_a.html

 

Sözügedən materail eynilə portalın rus və ingilis dilində versiyalarında da yerləşdirilib.

Rus variantı:

“В результате успешных операций азербайджанской армии, 5 января 1994 года важный в стратегическом плане поселок Горадиз и 22 деревни в Физулинском районе были освобождены от врагов.

Затем была освобождена часть территории Джабраильского района и следующие населенные пункты Кельбаджарского района: Бозлу, Текегайа, Бабашлар, Ганлыкянд, Чепли, Гасымбинеси, Яншагбине, Багырсаг, Гамышлы, Багырлы. Были захвачены гора Чичекли и другие стратегические высоты, часть магистрали Кельбаджар-Лачин до туннеля взята под наблюдение. Во время боев враги потеряли 4 тыс. солдат и офицеров, 50 броненосной техники, 15 артиллерийских сооружений и т.д.

Успех азербайджанцев в деле создания на войне перелома, освобождения оккупированных земель, серьезно встревожил не только Армению, но и ее защитников. Усиление Армении ее покровителями в военном отношении, обеспечение ее современным оружием, способствовали возрастанию в регионе реакционных сил. В таких условиях 8 мая 1994 года Азербайджанская Республика подписала Бишкекский протокол. Благодаря военным успехам Азербайджана над врагом, 12 мая было достигнуто прекращение огня на фронте”.

http://www.azerbaijan.az/portal/Karabakh/ArmenianAgression/armenianAgression_r.html

 

İngilis variantı:

“As a result of successful operations of Azerbaijan army the strategically important Horadiz district and 22 villages of Fuzuli were released from enemy on January 5, 1994.

After that Azeri troops released part of Djebrayil district, Bozlu, Tekeqaya, Babashlar, Qanlykend, Chepli, Qasymbinesi, Yanshaqbine, Yanshaq, Baghirsaq, Qamyshly settlements. Chichekli mountain and other strategic peaks were returned, Kelbadjar-Lachyn road's section till the tunnel was taken under control. The enemy lost 4 thousand soldiers and militants, 50 armored techniques and 15 artilleries, etc.

The achievements of Azerbaijan in making turn in the war and releasing its occupied lands excited nor only in Armenia but also its supporter-countries.

The policy of Armenia's protectors for reinforcement of its military potential, providing it with up-date guns and for turning it to the reactionary force in the region, significantly strengthened. In these conditions Azerbaijan signed the Bishkek protocol on May 8, 1994.

Due to Azerbaijan's progress in fighting its enemy the ceasefire was reached on May 12

http://www.azerbaijan.az/portal/Karabakh/ArmenianAgression/armenianAgression_e.html

* * Son olaraq onu da əlavə edək ki, www.azerbaijan.az  portalındakı “İnzibati-ərazi vahidləri” bölməsində hər iki rayonun ərazisinin – Kəlbəcərin rayon mərkəzi, İstisu qəsəbəsi və 128 kəndinin, Cəbrayılın rayon mərkəzi və 90 kəndinin – erməni işğalı altında olduğu vurğulanır.

Xəbərlər
Redaktorun seçimi