“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2011, 17:13
487

Avropa Parlamentindən Azərbaycanın ərazi bütövlüyünə dəstək

A- A+

“Dağlıq Qarabağ Azərbaycanın sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir”

Avropa Birliyinin ali məşvərətçi orqanı olan Avropa Parlamenti Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq edib. Əlamətdardır ki, bəyanat Avropa Parlamentində Azərbaycan və Cənubi Qafqazla bağlı keçiriləcək dinləmələr ərəfəsində verilib. 

Bu barədə Avropa Parlamentinin saytında yerləşdirilən bəyanatda qeyd olunub. Avropa Parlamentinin sayında yer almış bəyanatda (http://www.europarl.europa.eu/en/headlines/content/20110610STO21204/html/Nagorno-Karabakh-an-unresolved-conflict-in-South-Caucasus) deyilir:

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir”.

Bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilib:

“Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”.

AzərTAc

Xəbərlər
Redaktorun seçimi