“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.01.2009, 00:00
75

“Azərbaycan tarixi günbəgün”

A- A+

Bu günlərdə “Təknur” nəşriyyatında Vüqar Əliyevin tərtib etdiyi “Azərbaycan tarixi günbəgün” kitab-təqvimi nəşr olunub.

Böyük öndər Heydər Əliyevin “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və qiymətləndirmək lazımdır” kəlamı ilə ilə açılan kitab-təqvim Azərbaycanın qədim dövrdən bu günədək keçdiyi tarixi, ictimai-siyasi, mədəni həyatının önəmli hadisələri, şəxsiyyətləri barədə ensiklopedik məlumatları əhatə edir.

 Onu da qeyd edək ki, bu nəşrdə tariximizin ağlı-qaralı olayları yeni formatda - təqvimin günləri boyunca oxuculara təqdim olunub. Çünki tariximizin hər səhifəsi öyrəniləcək, qürur verəcək, eyni zamanda, ibrət götürüləcək fakt və hadisələrlə zəngindir. Bu da təbii ki, tariximizə yeni maraq və diqqət aşılamaq məqsədi daşıyır. Nəşrin yaradıcı heyəti ümidvardır ki, o, tariximizi öyrənmək, təbliğ etmək istəyənlər üçün yararlı məlumat toplusu, bizləri təqvimin hər gününü Azərbaycan tarixinə nəzər yetirərək başlamağa sövq edəcək bilgi qanyağı olacaq. Kitab-təqvimin elektron variantı ilə www.azerbaycanlı.org saytında tanış olmaq olar.

Qeyd edək ki, kitab-təqvim Effektiv Təşəbbüslər Mərkəzi Demokratik Dəyərlərin Öyrənilməsi və Təbliği İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına həyata keçirdiyi “Azərbaycançılıq - milli eyniyyətdən qlobal dünyaya pəncərə” tədqiqat və təbliğat platformu layihəsi çərçivəsində hazırlanıb.

17.01.2009 – “Zaman”  (www.zaman.az)

Xəbərlər
Redaktorun seçimi