“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.11.2010, 18:37
499

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqlədi

A- A+

Dördüncü çağırış Milli Məclis üzvlərinin siyahısı

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 29-da keçirilən iclasında Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılması davam etdirilib.  

Xatırladaq ki, Konstitusiya Məhkəməsi Plenumunun bununla bağı ilk iclası noyabrın 26-da keçirilmişdi.  

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasın qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyib. Yalnız ayrı-ayrı dairələr üzrə ümumilikdə 46 məntəqədə səsvermənin nəticələri ləğv olunub ki, bu da dairələr üzrə nəticələrə təsir etmir.   

Xatırladaq ki, 2010-cu il noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb.  

Seçici siyahılarında 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. Seçkilərdə 2 480 205 seçici (ölkə üzrə seçicilərin 50,14%-i) iştirak edib.  

Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyib.  

MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub.  

Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.  

MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək, Konstitusiya Məhkəməsinə göndərib.

* * *

Dördüncü çağırış Milli Məclis üzvlərinin siyahısı  

1 saylı Şərur-Sədərək: Vasif Talıbov, YAP

2 saylı Şərur: İsa Həbibbəyli, YAP

3 saylı Babək-Kəngərli-Naxçıvan: Səttar Möhbalıyev, bitərəf

4 saylı Naxçıvan şəhər: Eldar İbrahimov, YAP

5 saylı Şahbuz-Babək: Siyavuş Novruzov, YAP

6 saylı Culfa-Babək: İsmayıl Hacıyev, YAP

7 saylı Ordubad-Culfa: Qüdrət Həsənquliyev, BAXCP

8 saylı Binəqədi birinci: Oqtay Əsədov, YAP

9 saylı Binəqədi ikinci: Rafael Cəbrayılov, bitərəf

10 saylı Binəqədi üçüncü: Madər Musayev, bitərəf

11 saylı Qaradağ: Ağalar Vəliyev, YAP

12 saylı Qaradağ-Binəqədi-Yasamal: Mixail Zabelin, YAP

13 saylı Xəzər birinci: Rauf Əliyev, YAP

14 saylı Xəzər ikinci: Mehriban Əliyeva, YAP

15 saylı Yasamal birinci: Etibar Hüseynov, bitərəf

16 saylı Yasamal ikinci: Abel Məhərrəmov, YAP

17 saylı Yasamal üçüncü: Ülvi Quliyev, bitərəf

18 saylı Nərimanov-Nizami: Rasim Musabəyov, bitərəf

19 saylı Nərimanov birinci: Əli Əhmədov, YAP

20 saylı Nərimanov ikinci: Adil Əliyev, bitərəf

21 saylı Nəsimi birinci: Aytən Mustafayeva, bitərəf

22 saylı Nəsimi ikinci: Asim Mollazadə, DİP

23 saylı Nəsimi-Səbail: Ziyad Səmədzadə, bitərəf

24 saylı Nizami birinci: Rövnəq Abdullayev, YAP

25 saylı Nizami ikinci: Sədaqət Vəliyeva, YAP

26 saylı Sabunçu birinci: Fazil Mustafa, BQP

27 saylı Sabunçu ikinci: Qalib Salahzadə, YAP

28 saylı Sabunçu üçüncü: Eldar Quliyev, bitərəf

29 saylı Səbail: Fuad Muradov, bitərəf

30 saylı Suraxanı birinci: Sevinc Fətəliyeva, YAP
31 saylı Suraxanı ikinci: Fərəc Quliyev, bitərəf

32 saylı Suraxanı üçüncü: Ağacan Əbiyev, YAP

33 saylı Xətai birinci: Hüseynbala Mirələmov, YAP

34 saylı Xətai ikinci: Gülər Əhmədova, YAP

35 saylı Xətai üçüncü: İqbal Ağazadə, Ümid Partiyası

36 saylı Xətai dördüncü: Səməd Seyidov, YAP

37 saylı Nizami birinci (Gəncə): Aydın Abbasov, bitərəf

38 saylı Nizami ikinci (Gəncə): Asəf Hacıyev, YAP

39 saylı Kəpəz birinci (Gəncə): Xanlar Fətiyev, YAP
40 saylı Kəpəz ikinci (Gəncə): Musa Quliyev, YAP

41 saylı Sumqayıt birinci: Leyla Abdullayeva, YAP

42 saylı Sumqayıt ikinci: Musa Qasımlı, bitərəf

43 saylı Sumqayıt üçüncü: Muxtar Babayev, YAP

44 saylı Sumqayıt-Abşeron: Hacı Salayev, bitərəf

45 saylı Abşeron: Arif Alışanov, bitərəf

46 saylı Şirvan: Azay Quliyev, bitərəf

47 saylı Mingəçevir: Aydın Mirzəzadə, YAP

48 saylı Yevlax: İlham Məmmədov, YAP

49 saylı Yevlax-Mingəçevir: Əli Hüseynov, YAP

50 saylı Qobustan-Xızı-Sumqayıt: Zeynəb Xanlarova, bitərəf

51 saylı Qusar: Azər Badamov, YAP

52 saylı Quba: Vahid Əhmədov, bitərəf

53 saylı Quba-Qusar: Yevda Abramov, YAP

54 saylı Şabran-Siyəzən: Tahir Süleymanov, YAP

55 saylı Xaçmaz şəhər: Arif Əşrəfov, YAP

56 saylı Xaçmaz kənd: İlham Əliyev, YAP

57 saylı Kürdəmir: Fərhad Qəribov, YAP

58 saylı Hacıqabul-Kürdəmir:Rafael Hüseynov, VHP

59 saylı Salyan: Əliağa Hüseynov, bitərəf

60 saylı Salyan-Neftçala: Fəzail Ağamalı, AVP

61 saylı Neftçala: Arif Rəhimzadə, YAP

62 saylı Saatlı: Cəlal Əliyev, YAP

63 saylı Sabirabad birinci: Ceyhun Osmanlı, bitərəf

64 saylı Sabirabad ikinci: Rüstəm Xəlilov, YAP

65 saylı Saatlı-Sabirabad-Kürdəmir: Əhliman Əmiraslanov, YAP

66 saylı Biləsuvar: Xanhüseyn Kazımlı, ASRP

67 saylı Cəlilabad şəhər: Malik Həsənov, YAP

68 saylı Cəlilabad kənd: Mirkazım Kazımov, YAP

69 saylı Cəlilibad-Masallı-Biləsuvar: Fəzail İbrahimli, VHP

70 saylı Masallı şəhər: Nəriman Əliyev, YAP

71 saylı Masallı kənd: Elmira Axundova, bitərəf

72 saylı Yardımlı-Masallı: Sabir Rüstəmxanlı, VHP

73 saylı Lənkəran şəhər: Rüfət Quliyev, bitərəf

74 saylı Lənkəran kənd: Hadı Rəcəbli, YAP

75 saylı Lənkəran-Masallı: Cavanşir Paşazadə, YAP

76 saylı Lənkəran-Astara: Ziyafət Əsgərov, YAP

77 saylı Astara: Aslan Cəfərov,YAP

78 saylı Lerik: İqbal Məmmədov, YAP

79 saylı İmişli: Əsabil Qasımov, YAP

80 saylı İmişli-Beyləqan: Çingiz Qənizadə, bitərəf

81 saylı Beyləqan: Ayaz Orucov, YAP

82 saylı Ağcabədi: Tahir Rzayev, YAP

83 saylı Ağcabədi-Füzuli: Aqil Abbas, bitərəf

84 saylı Füzuli: Bahar Muradova, YAP

85 saylı Şamaxı: Elxan Süleymanov, bitərəf

86 saylı İsmayıllı: Novruzəli Aslanov, bitərəf

87 saylı Ağsu-İsmayıllı: Ərəstun Cavadov, YAP

88 saylı Göyçay: Sabir Hacıyev, VBP

89 saylı Göyçay-Ağdaş: Şəmsəddin Hacıyev, YAP

90 saylı Ağdaş: Çingiz Əsədullayev, bitərəf

91 saylı Ucar: Elton Məmmədov, bitərəf

92 saylı Zərdab-Ucar: Jalə Əliyeva, bitərəf

93 saylı Bərdə şəhər: Zahid Oruc, AVP

94 saylı Bərdə kənd: Gövhər Baxşəliyeva, bitərəf

95 saylı Tərtər: Sahib Alıyev, bitərəf

96 saylı Goranboy-Naftalan: Mahir Aslanov, bitərəf

97 saylı Goranboy-Ağdam-Tərtər: Gülçöhrə Məmmədova, YAP

98 saylı Şəmkir şəhər: Sahibə Qafarova, YAP

99 saylı Şəmkir kənd: Məlahət İbrahimqızı, YAP

100 saylı Şəmkir-Daşkəsən: Mübariz Qurbanlı, YAP

101 saylı Göygöl-Daşkəsən: Rövşən Rzayev, bitərəf

102 saylı Samux-Şəmkir: Valeh Ələsgərov, bitərəf

103 saylı Gədəbəy: Sevinc Hüseynova, YAP

104 saylı Gədəbəy-Tovuz: Rafiq Məmmədhəsənov, YAP

105 saylı Tovuz: Qənirə Paşayeva, bitərəf

106 saylı Tovuz-Qazax-Ağstafa: İlyas İsmayılov, Ədalət Partiyası

107 saylı Qazax: Əhməd Vəliyev, YAP

108 saylı Ağstafa: Nizami Cəfərov, YAP

109 saylı Balakən: Rəbiyyət Aslanova, YAP

110 saylı Zaqatala: Hikmət Atayev, YAP

111 saylı Zaqatala-Balakən: Kamilə Əliyeva, YAP

112 saylı Qax: Azər Kərimli, bitərəf

113 saylı Şəki şəhər: Yaqub Mahmudov, YAP

114 saylı Şəki kənd birinci: Əli Məsimli, bitərəf

115 saylı Şəki kənd ikinci: Cavanşir Feyziyev, bitərəf

116 saylı Qəbələ: Fəttah Heydərov, bitərəf

117 saylı Oğuz-Qəbələ: Aqiyə Naxçıvanlı, YAP

118 saylı Ağdam şəhər: Bəxtiyar Əliyev, bitərəf

119 saylı Ağdam kənd: Bəxtiyar Sadıqov, YAP

120 saylı Cəbrayıl-Qubadlı: Astan Şahverdiyev, YAP

121 saylı Laçın: Nazim Fərəcov, YAP

122 saylı Xankəndi: Flora Qasımova, bitərəf

123 saylı Kəlbəcər: Cavid Qurbanov, YAP

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd: Elman Məmmədov, YAP

125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov, YAP

Xəbərlər
Redaktorun seçimi