“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.11.2020, 13:00
562

Şamaxı rayonundakı ruslar Azərbaycan Prezidentinə müraciət ediblər

A- A+

"Ümid edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi..."


 

Biz sülhpərvər insanlarıq, gözləyir və ümid edirdik ki, Qarabağ məsələsi sülh yolu ilə həll edilər. Lakin bizim də səbrimiz tükəndi. İndi Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz yenilməz Ordusunun iştirakı ilə şanlı tarix yazır. Azərbaycan haqq yolundadır, haqq işi uğrunda mübarizə aparır.

Bu sözlər Şamaxı rayonundakı rus icmasının  Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda qeyd olunur.

Məktubda bildirilir ki, Azərbaycandakı tolerantlıq mühiti Azərbaycan xalqının tarixi keçmişindən miras qalmış ənənələrin davamıdır. Hazırda müstəqil Azərbaycanda öz milli-mənəvi dəyərlərini, dilini və mədəniyyətini qoruyub saxlamış rus əhali yaşayır, rus icması, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bir sözlə, ölkədə müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin təmsilçilərinin azad və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şərait yaradılıb. Rus dili Şamaxı sakinləri arasında da gündəlik ünsiyyət vasitəsi kimi işlənməkdədir. Şamaxıda rus dilində tədris aparılan 4 ümumtəhsil məktəbi fəaliyyət göstərir: “Bizim rayonda müxtəlif millətlərin nümayəndələri yaşayır. Bizim aramızda dostluq və qarşılıqlı hörmət var. Xeyirdə də, şərdə də bir yerdəyik”.

Şamaxıda yaşayan ruslar dövlət başçısına müraciət edərək bildiriblər: “Bütün varlığımızla və bütün qəlbimizlə inanırıq: torpaqlarımız qısa müddətdə azad ediləcək və Azərbaycanın dövlət bayrağı Şuşada ucaldılacaq. Hər bir Azərbaycan vətəndaşı bu Qələbə gününü səbirsizliklə gözləyir.

Müraciəti rus icması adından 52 nəfər imzalayıb.

Xəbərlər
Redaktorun seçimi