“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.12.2020, 10:00
438

Azərbaycan xalqı vahid, yenilməz və bölünməzdir

A- A+

Ölkəmizdəki gürcü, Pakistan və Axıska türkləri icmaları Vətən müharibəsində Qələbə münasibətilə bəyanatlar yayıblar

Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə münasibətilə ölkəmizdəki gürcü icması, Pakistan icması və Dünya Axıska Türkləri Birliyi bəyanatlarla çıxış ediblər. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun torpaqlarımızı Ermənistanın işğalından azad etməsi ilə qürur duyur və iftixar hissi keçirdiyimizi bildiririk”, – deyə bəyanatlarda vurğulanır.

Qeyd olunur ki, bütün dünyada sülhpərvər, multikultural və tolerant ölkə kimi tanınan, haqlı və ədalətli mövqeyə malik olan Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq işğal altındakı torpaqlarını azad edib, özünümüdafiə və ərazi bütövlüyünü təmin etmək hüquqlarını həyata keçirib.

Bəyanatlarda diqqətə çatdırılır ki, sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Azərbaycandakı bütün icmalar və diaspor təşkilatları Azərbaycana mənəvi dəstək olublar: “Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı vahid, yenilməz və bölünməzdir”.

Xəbərlər
Redaktorun seçimi