“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.10.2020, 11:00
82

Xarkov vilayətində Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinka yad edilib

A- A+

Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın doğum günündə onun ailəsinin yaşadığı Zmiyev şəhərinə səfər ediblər. "Dostluq" Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri Milli Qəhrəmanın məzarını, ailəsini, vaxtilə təhsil aldığı 1 saylı liseyi və şəhər müzeyini ziyarət ediblər.

Ruslan Polovinkanın məzarı üzərinə güllər düzən soydaşlarımız onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Burada çıxış edən "Dostluq" cəmiyyətinin sədri Murad Ömərov 23 yaşlı ukraynalı gəncin Dağlıq Qarabağda göstərdiyi şücaətdən danışıb. Qeyd edib ki, 28 il sonra Azərbaycanın Milli Qəhrəmanları Ruslan Polovinka və Viktor Seryoginin, eləcə də vaxtilə Dağlıq Qarabağda erməni işğalçılarına qarşı haqq savaşında qəhrəmancasına həlak olmuş ukraynalıların ruhu şaddır. Çünki hazırda Azərbaycan Ordusu erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımızı azad edir", - deyə o bildirib.

Qəhrəmanın təhsil aldığı Zmiyev şəhər 1№li liseyində Ruslan Polovinkanın memorial lövhəsi önünə gül-çiçək qoyulub. Qeyd edək ki, lövhənin burada yerləşdirilməsi 2016-cı ildə "Dostluq" cəmiyyətinin təşəbbüsü ilə baş tutub. Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, ukraynalı qəhrəman Azərbaycan xalqının yaddaşında əbədi yer tutub. Gənclərin vətənpərvər ruhda tərbiyə olunduğuna, tədbirin təşkili və keçirilməsinə göstərdiyi yardıma görə lisey direktoru Lidiya Dudarevaya minnətdarlıq bildirilib.

Şəhər diyarşünaslıq muzeyində olarkən soydaşlarımıza və qəhrəmanın atası Aleksandr Polovinkaya Milli Qəhrəmanın igidliyinin də təsvir olunduğu "Sənin fəxrin Zmiyiv!" kitabı hədiyyə olunub.

Xəbərlər
Ermənilərin yerlə-yeksan etdikləri Cəbrayılda tikdikləri “ibadətgah” işğalçılığın nümunəsi idi

26.03.2021, 14:00 16

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

19.03.2021, 13:00 59

Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı keçirilib

30.01.2021, 19:00 338

Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə – bizim dəmir yumruğumuzu bir daha görəcək

15.01.2021, 15:00 396

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib

06.01.2021, 10:00 71

Zəfər gətirən ildən yeni zəfərlərə doğru

31.12.2020, 11:00 339

Cəbrayılın azad olunması uğrunda canından keçən igidlər

26.12.2020, 17:00 407

Azərbaycan bu məsələni özü həll etdi, halbuki Minsk qrupu 28 il mandata sahib idi

13.12.2020, 09:00 568

"Mən müstəqilliyi Azərbaycan xalqı üçün ən böyük nailiyyət hesab etmişəm"

12.12.2020, 12:00 1291

Vətən müharibəsinin möhtəşəm finalı

11.12.2020, 11:00 584

Alban-udi dini icmasının nümayəndələri Kəlbəcərdəki Xudavəng monastırını ziyarət ediblər

05.12.2020, 12:00 523

Müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərini yad ediblər

04.12.2020, 17:00 454

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb

04.12.2020, 14:00 351

Cənubi Qafqaz təhlükəsizlik və əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyur

03.12.2020, 10:00 333

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

01.12.2020, 17:00 125

Redaktorun seçimi