“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.10.2013, 10:10
1591

Azərbaycan tarixi günbəgün: 22 oktyabr

A- A+

22 oktyabr 2002 - Azərbaycanın "Merkuri-2" gəmi-bərəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində 42 nəfər həlak olub...

 

22 oktyabr 1688 – Türk (azərbaycanlı) soylu İran şahı Nadir şah Əfşar (1688-1747) Xorasanda anadan olub. Əfşar tayfasının nümayəndələri şah İsmayılın zamanından Səfəvi dövlətinin hərbi qüvvələrində xidmət ediblər, Nadir özü III şah Abbasın ordu komandanı olub. 1736-cı ildə sonuncu Səfəvi hökmdarı III şah Abbasın qəfil ölümündən sonra Suqovuşanda (indiki Sabirabad rayonu) Azərbaycan bəylərinin qurultayını çağıraraq özünü şah elan edib. Nadir şah Səfəvilərdən sonra güclü Azərbaycan dövləti qurmaq istəyirdi. Lakin onun şimallı-cənublu Azərbaycanı İran taxt-tacı ətrafında birləşdirmək niyyəti yerlərdə etiraz doğururdu, bir çox bölgələrdə ona qarşı üsyanlar baş vermişdi. 1747-ci il iyunun 19-da sui-qəsd nəticəsində öldürülüb. Nadir şahın 11 illik hakimiyyəti dövründə indiki İranı, Azərbaycanı, Orta Asiyanın bir hissəsini, Hindistanın şimalını ələ keçirərək qurduğu böyük imperatorluq ölümündən sonra dağıldı.

 

22 oktyabr 1917 – Bakı Fəhlə və Əsgər Deputatları Sovetinə seçkilər keçirilib. Seçkidə 40 faiz səs toplayan «Müsavat» partiyası ələbə qazanıb, ikinci yeri eserlər - «inqilabçı sosialistlər» (30 faiz) tutublar. Bolşeviklər (Rusiya K(b)P-nin Bakı komitəsi) isə yalnız üçüncü (15-16 faiz) olublar. Şaumyanın başçılıq etdiyi bolşeviklər seçkinin nəticələrini tanımadılar. Petroqradda 25 oktyabr (7 noyabr) üsyanından (Müvəqqəti hökumətin devrilməsi) sonra isə Bakı bolşevikləri də ruhlanaraq təhdid və zorakılıqla Bakı Sovetinin İcraiyyə Komitəsində (hökumət) yerlərin çoxunu ələ keçirdilər. «Müsavat» buna etiraz olaraq Bakı Sovetinə girməkdən imtina etdi və əslində siyasi meydanı bolşeviklərə verdi. Dekabrda Bakı Sovetinə yeni seçkilər keçirən bolşeviklər bu dəfə yerlərin əksəriyyətini qazandılar.

 

22 oktyabr 1919 – Böyük yazıçı və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrul Cavid anadan olub. 1943-cü il oktyabrın 14-də Sovet Ordusu sıralarında qulluq edərkın vərəmdən vəfat edib.

 

22 oktyabr 1999 - Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Cənubi Qafqazla bağlı qəbul etdiyi qərarda Azərbaycanı Ermənistanla iqtisadi əməkdaşlığa çağırıb. Azərbaycan Avropa Komissiyasının bu tövsiyəsini rədd edib.

 

22 oktyabr 2002 - Azərbaycanın Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus "Merkuri-2" gəmi-bərəsi Bakının 130 kilometrliyində qəzaya uğrayaraq batıb. Qəza zamanı bərədə olan 51 nəfərdən yalnız 9 nəfərini xilas etmək mümkün olub. Bu, Azərbaycanın gəmi nəqliyyatı tarixində ən böyük qəza idi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi