“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.10.2013, 09:47
1773

Azərbaycan tarixi günbəgün: 17 oktyabr

A- A+

17 oktyabr 2005 – Azərbaycanda parlament seçkiləri ərəfəsində ən kririk gün yaşanıb. «Narıncı inqilab» ideyası iflasa uğrayıb..

 

17 oktyabr 1612 – Səfəvi və Osmanlı dövlətləri arasında növbəti müharibənin yekunlarına dair Sərab sülhü imzalanıb. Saziş iki ölkə arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtlərini bərpa edib. Osmanlı Qərbi Gürcüstanı və Qərbi Azərbaycanın bir hissəsini (indiki Ermənistan qərbi) özündə saxlamqla Şimali Azərbaycanı, Təbriz, Marağa və digər Cənubi Azərbaycan torpaqlarını Səfəvilərə qaytarıb. Bundan öncə tərəflər arasında baş vermiş müharibədə (İstanbul sülhü, 1590) Osmanlı Şirvandan Təbrizədək Azərbaycan torpaqlarını ələ keçirmişdi. Sərab sazişinə əsasən, Səfəvi dövləti Osmanlının Şimali Qafqazda irəliləməsinə və Terek qalasını ələ keçirməsinə razılaşıb.

 

17 oktyabr 1905 – Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid, 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dər əsərin müəllifidir. İtaliyada vəfat edib.

 

17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında 12 sənədli film çəkib.

 

17 oktyabr 2003 - Görkəmli şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 - 2003) vəfat edib.

 

17 oktyabr 2005 – Azərbaycanda parlament seçkiləri (6 noyabr 2005) ərəfəsində siyasi gərginlik kritik həddə çatıb. Müxalifət qüvvələrinin («Azadlıq» bloku) ölkədə «narıncı inqilaba» başlamaq cəhdləri iflasa uğrayıb. «İnqilabın rəhbəri» hesab edilən parlamentin keçmiş sədri Rəsul Quliyev müxalifətin gözləntilərinə rəğmən ölkəyə qayıtmaqdan imtina edib, bunun ardınca isə onun hakimiyyət daxilindəki tərəfdarları ifşa olunub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi