“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
23.10.2013, 10:15
1301

Azərbaycan tarixi günbəgün: 23 oktyabr

A- A+

23 oktyabr 1991 - SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və müttəfiq respublikalardakı DTK-lar ləvğ edilib...

 

23 oktyabr 1978 - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb. Muxtar respublikanın mərkəzi Naxçıvan şəhəri isə ayrıca ərazi-inzibati vahid (respublika əhəmiyyətli şəhər) olub. Bir qədər əvvəl (may 1978) analoji qərarla DQMV-nin Stepanakert rayonu Əsgəran rayonu adlındırılmış, Stepanakert respublika əhəmiyyətli şəhər statusu almışdı.

 

23 oktyabr 1991 - SSRİ Dövlət Şurasının («Avqust qiyamı»ndan sonra ittifaq parlamenti tərəfindən təsis edilən və SSRİ-nin «sökülməsi»ni həyata keçirən müvəqqəti idarəetmə orqanı) qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ləğv edilib. Bu qərardan sonra Azərbaycan DTK ləğv olundu və onun əsasında Milli Təhllükəsizlik Nazirliyi (1 noyabr 1991) yaradıldı.

 

23 oktyabr 1998 - Ölkədəki növbəti prezident seçkilərindən (11 oktyabr 1998) sonra Konstitusiyanın tələbinə uyğun olaraq istefaya getmiş Nazirlər Kabinetinin yeni tərkibi formalaşıb. Prezident Heydər Əliyevin təqdimatı əsasında Milli Məclis Artur Rasizadəni yenidən baş nazir vəzifəsinə təsdiqləyib. Hökumətin keçmiş üzvləri əksəriyyət etibarilə yeni kabinetdə yer alıblar.

 

23 oktyabr 2002 - ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyev Vaşinqtona səfərə gedişində ABŞ-ın vitse-prezident Riçard Çeyni ilə, konqresmenlərlə, siyasi dairələrlə görüşlər keçirib. İlham Əlıyev Vaşinqtonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda məruzə ilə çıxış edib. İnstitutun direktoru Fred Star İlham Əliyevi auditoriyaya Azərbaycanın gələcək lideri kimi təqdim etmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi