“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.05.2013, 10:59
1529

Azərbaycan tarixi günbəgün: 15 may

A- A+

15 may 1992 - Ali Sovetin qərarı ilə bir gün öncə prezident postuna qaytarılan Ayaz Mütəllibov ikinci dəfə devrilib. Azərbaycan Xalq Cəbhəsi ölkədə hakimiyyəti ələ alıb...

 

15 may 1893 - Dünya şöhrətli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub.

 

15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

 

15 may 1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib. 
 

15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib. 

 

15 may 1992 - Azərbaycanda növbəti “konstitusion” çevriliş baş verib. Ali Sovetin Ayaz Mütəllibovu prezident postunda bərpa etmək barədə qərarına (14 may) etiraz olaraq “Konstitusiyanın müdafiəsinə” qalxan Xalq Cəbhəsi ölkədə hakimiyyəti ələ alıb. Ayaz Mütəllibov Moskvaya qaçıb.   

 

15 may 1992 - MDB ölkələrinin Daşkənddə keçirilən sammitində “Avropada adi silahlı qüvvələr haqqında” müqavilə (1990) üzrə keçmiş SSRİ-nin hərbi arsenalının bölüşdürülməsinə dair protokol imzalanıb. Sənəddə MDB ölkələrinin silah kvotaları müəyyənləşib. Cürcüstan və Ermənistandan əhali və ərazisinə görə böyük olmasına rəğmən Azərbaycana qonşuları ilə eyni miqdarda silah ayrılıb. 
 

15 may 2000 - AŞPA-nın Siyasi Komitəsinin Dublində keçirilmiş iclasında Azərbaycan üzrə məruzəçi Jak Bomelin (Fransa) hesabatı dinlənilib və ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı ilkin müsbət rəy verilib.   

 

15 may 2005 - Avropa Şurasının Varşavada keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında Qarabağ nizamlanmasına dair növbəti görüş olub.   

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi